Page 307 - 1-ci cild
P. 307
Æàí Ïîë Ñàðòð

çələngi divara söykəyib iki əlini də
yuxarı qaldıraraq gedir.

Sol tərəfdəki qapı açılır və Jorj əynində xalat,
əsnəyə-əsnəyə içəri daxil olur.

Jorj. Bu nədir belə?
Cangüdən. Gül.
Jorj. Yenə qızılgül? Açın pəncərəni!
Cangüdən. Olmaz.
Jorj. Niyə?
Cangüdən. Təhlükəlidir.
Jorj (kağızı çələngə bərkidilmiş zərfin içindən çıxarıb ox-
uyur). “Biz sizinlə fəxr edirik! Sizə pərəstiş edirik! Sizə ehtiram
bəsləyən xanımlar.” Mənimlə fəxr edirlər, hə?
Cangüdən. Həm də pərəstiş edirlər.
Jorj. Bilirsənmi, onlar mənə niyə pərəstiş edir? Qorxudan
və nifrətdən. Bunlar – zəhərli güllərdir.
Cangüdən. Zəhərli?
Jorj. Bəli.
Cangüdən (ikinci cangüdənə). Tez toksikoloji labora-
toriyaya zəng et: 66-21…
Jorj. Gecdir. Bütün buralar kin-küdurətlə zəhərlənib.
Cangüdən (təəccüblə). Kin-küdurətlə?
Jorj. Bəli. İpi tarım çəkmək istəyən gərək heç nədən
çəkinməsin. İndi onların hamısı mənim əlimdədir. Mən nə
çalıramsa, onu da oynayırlar! Yaşasın nifrət! Mən öz gücümə görə
nifrətə borcluyam! Mənə elə baxmayın! Mən şairəm! Sizə nə
tapşırılıb: dediklərimi başa düşməlisiz, yoxsa məni qorumalısız?
Cangüdən. Sizi qorumalıyıq.
Jorj. Onda qoruyun! Saat neçədir?
Cangüdən. On yeddi otuz.
Jorj. Bu günün cədvəli necədir?
Cangüdən. On yeddi qırx – Sibilo. Xatirələr üzərində iş.
Jorj. Sonra?

307
   302   303   304   305   306   307   308   309   310   311   312