Page 311 - 1-ci cild
P. 311
Æàí Ïîë Ñàðòð

Jorj. İşimiz bitdi? Ona görə ki, hansısa bir bolşevik Krımdan
Moskvaya gedir? Bura bax, Sibilo, sən ki antikommunizm çem-
pionusan, sən də onlara inanırsan? Belə şeylər mənə qəti təsir
etmir.

Sibilo. Baxaq görək cümə günü bütün səfirlər, xarici
müxbirlər Nekrasovu Böyük Teatrda görəndə sən nə deyəcəksən?

Jorj (bir az qayğılı). Cümə günü niyə?
Sibilo. Xarici müxbirlər belə yazırlar.
Jorj. Belə olan halda… deməli, onlar mənim oxşarımı
görəcəklər! Burda təəccüblü bir şey yoxdur. Bizim hamımızın
oxşarı var. Misal üçün, teatrlara ancaq bizim oxşarlarımız gedir.
Yaz, qoy qəzetin sabahkı nömrəsində getsin! Canlı detallar da
əlavə edək. Elələrini ki, bunu heç kim özündən uydura bilməz!..
Oxşarımla məni iki addımlıqdan da baxıb, ayırmaq olmaz. Onu
birinci dəfə mənim yanıma gətirəndə o saat gördüm ki, bir gözü
şüşədir. Mənim vəziyyətimi təsəvvür edirsən? Mən gərək bir çarə
tapaydım. Buna görə də elə orda yalan deməyə məcbur oldum ki,
guya mənim sağ gözüm salamat deyil. Ona görə də bax gözümü
beləcə örtmüşəm. Belə bir başlıq verərsən: “Nekrasovun təkgözlü
oxşarı var, ona görə də öz gözünə qara örtük bağlayıb”.
Sibilo (yaza-yaza). Bunların bir mənası yoxdur…
Jorj. Yaz! Məqalənin axırı qiyamət olacaq! Moskvadakı
Nekrasov – yalançıdır. Əgər belə deyilsə, xarici müxbirlərin
qarşısında qara örtüyü gözündən açsın. Mən də dünyada nə qədər
göz həkimi var, hamısının qarşısında bu qara örtüyü açmağa
hazıram. Onda görəcəklər ki, mənim gözlərimin ikisi də
salamatdır. Moskvadakı Nekrasovun isə, görəcəklər ki, bir gözü
yoxdur. Deməli, o, mən deyiləm! Bundan yaxşı nə sübut ola bilər?
Yazdın?
Sibilo. Hə. Ancaq mən sənə deyirəm ki, bunun mənası yox-
dur.
Jorj. Niyə?
Sibilo. Ona görə ki, mən etiraf edəcəyəm! Başa düş, mən
təmiz adamam! Ancaq indi yalan danışıram. Oxuculara yalan

311
   306   307   308   309   310   311   312   313   314   315   316