Page 313 - 1-ci cild
P. 313
Æàí Ïîë Ñàðòð

Sibilo. Əlbəttə, məsələ sənədlərdə deyil…
Jorj. Onda sübut et ki, sən Sibilosan.
Sibilo. Bunu hamı sənə deyə bilər.
Jorj. Hamı? Dəqiq de – neçə nəfər?
Sibilo. Yüz, iki yüz, nə bilim, bəlkə, min nəfər…
Jorj. Min nəfər səni Sibilo hesab edir, sən də istəyirsən ki,
mən onlara inanım? İki milyon oxucu isə məni Nekrasov hesab
edir!
Sibilo. Bunlar ayrı-ayrı şeylərdir!
Jorj. Məni Qərb dünyasının çempionu hesab edirlər!.. Bəlkə,
sən buna görə ictimai fikri boğmaq istəyirsən, hə? Yaxşı! Qaç!
Tövbə et! Sən nə istəyirsən? İstəyirsən, qəzetin zay olub batsın?
İstəyirsən ki, hökumət istefa versin?
Sibilo. Sən belə sözləri mənə deməyə necə qıyırsan, Jorj?
Jorj. Mən gizli kommunistləri az görməmişəm…
Sibilo. Sənə and içirəm ki…
Jorj. Nə üçün mən sənə inanmalıyam? Özün indicə etiraf
etdin ki, yalan demisən, düz adam deyilsən.
Sibilo. Sən mənə inanmalısan, Jorj! Mən yalan danışmış düz
adamam!
Jorj. Sən dəli olmusan! Bax bu da teleqram, al, oxu! Mak-
kartidəndir. O, mənə təklif edir ki, Amerikaya gedim, antiamerika
fəaliyyətini tədqiq edən komissiyanın daimi əməkdaşı olum. Bu
da təbrikdir, Madriddəki generaldan, şəxsən özündən!.. Bu isə
“Yunayted frut kompani”dəndir. Mənim ifşalarımdan sonra Nyu-
York birjalarında qiymətlər qalxıb. Hər yerdə hərbi sənaye
görünməmiş bir inkişafdadır. Böyük bir oyun gedir. Nekrasov
təkcə mən deyiləm, o, bütün monopoliyaların qazanc şərikidir. Bu
– nəhəng bir oyundur. Sən özün maşını işə salmısan! Əgər onu
saxlamaq istəsən, səni də basıb keçəcək.
Sibilo. Səncə, məni müalicə etmək olar?
Jorj. Dəlilikdən?
Sibilo. Hə.
Jorj. Qorxuram gecikmisən. Ancaq mən cəhd edərəm.
Əlbəttə, mən psixiatr deyiləm. Sən təzədən tərbiyə olunmalısan.

313
   308   309   310   311   312   313   314   315   316   317   318