Page 315 - 1-ci cild
P. 315
Æàí Ïîë Ñàðòð

Jorj. Çox sadə. Məni təqib edirlər, qaçıb muzeyə girirəm,
orada çoxlu qədim karetlər var, birinin içində gizlənirəm, sonra
da…

Dördüncü gəliş

Onlar, cangüdən, sonra da xanım Kastanye.

Cangüdən. Xanım Kastanye. (Gedir.)
Sibilo (onun qarşısına gedərək). Xoş gördük, xanım Kas-
tanye.
Kastanye. Salam, cənab Sibilo! Bilmirdim ki, siz də
burdasız. (Jorju göstərərək.) Budu Nekrasov?
Sibilo. Bəli, bu, bizim əziz Nekrasovdur.
Jorj. Salam, xanım Kastanye!
Kastanye. Mən bilmək istəyirəm, siz nə üçün tələb etmisiz
ki, məni işdən qovsunlar?
Jorj. Necə?
Sibilo. Sizi işdən azad ediblər?
Kastanye (Jorja). Siz bunu çox gözəl bilirsiz, özünüzü
bilməzliyə qoymayın!
Jorj. Mən sizi əmin edirəm ki…
Kastanye (onun sözünü kəsərək). Cənab Paloten yarım saat
bundan qabaq məni çağırdı. İdarə heyətinin bütün üzvləri də orda
idi.
Jorj. Bəs sonra nə oldu?
Kastanye. Məni işdən azad etdilər.
Jorj. Axı nə üçün?
Kastanye. Bunun səbəbini soruşanda az qaldılar məni tikə-
tikə parçalasınlar. Hamısı qışqırırdı ki, bunu bizdən yox,
Nekrasovdan soruşun, Nekrasov sizə hər şeyi başa salar!
Jorj. Alçaqlar!
Kastanye. Əgər mənə şər atmısınızsa, siz də onlardan geri
qalmırsız.

315
   310   311   312   313   314   315   316   317   318   319   320