Page 317 - 1-ci cild
P. 317
Æàí Ïîë Ñàðòð

Cangüdən. Olmaz!
Jorj. Necə yəni “olmaz”? Mən çıxmaq istəyirəm.
Cangüdən. Olmaz. Təhlükəlidir.
Jorj. Siz məni müşayiət edəcəksiz.
Cangüdən. Qadağandır.
Jorj. Mən sizə qulaq asmasam?
Cangüdən (yarımistehza ilə). O-ho!..
Jorj. Yaxşı... (Qapını cangüdənin üzünə bağlayır.) Sibilo,
xanım Kastanye ilə redaktorun yanına get, ona de ki, mən
sözlərimi havaya atmıram. Əgər işdən çıxarılanlar iyirmi dörd
saat ərzində bərpa olunmasalar, mən xatirələrimin ardını
“Fiqaro”ya verəcəyəm! Xanım Kastanye, bəlkə, mən özüm də
bilmədən sizə pislik etmişəm, ancaq and içirəm ki, onlardan daha
sizə heç bir ziyan dəyməyəcək.

Sibilo və Kastanye getmək istəyir.

Sən mənimlə sağollaşmırsan, Sibilo?
Sibilo. Sağ ol.
Jorj. Sən kimlə sağollaşırsan?
Sibilo. Sağ ol, Nekrasov!
Jorj. Sağ ol, Sibilo. Paloteni tapan kimi mənə zəng elə.

Beşinci gəliş

Jorj, sonra cangüdən.
Jorj. İşdən çıxarıblar!.. (Otaqda var-gəl edir.) Bu, mənim
təqsirim deyil. Onların içində nə qədər kin-küdurət var! Onları
idarə edirəm, amma özlərini yaxşı tanımıram. Gərək bir-bir onlara
bələd olum. Qovublar!.. Bu xanım Kastanyeni mən qızıl gölündə
çimizdirəcəyəm! İdarə heyətinin bütün üzvləri onun yanına
qızılgül dəstələriylə gedəcək!
Cangüdən (içəri daxil olaraq). “Fiqaro”dan gələn jurnalist
xanım.

317
   312   313   314   315   316   317   318   319   320   321   322