Page 321 - 1-ci cild
P. 321
Æàí Ïîë Ñàðòð

Jorj. Bəs mənim kostyumlarımın pulunu dərziyə kim
ödəyir? Bu boyda mənzilin pulunu kim verir? Mənə avtomobili
kim bağışlayıb?

Veronika. Bəs siz heç fikirləşmirsiz ki, onlar nə üçün bu
qədər xərc çəkirlər?

Jorj. Çünki mən yalanlarımı onlara sırıyıram!
Veronika. Bəs onlar nə üçün bunu alırlar?
Jorj. Çünki… Bir sözlə, bu, onların öz işidir.
Veronika. Onlar bu yalanları ona görə alırlar ki, kasıb-
kusubu aldatsınlar. Yoxsa siz deyəcəksiz ki, “Suar-a-Pari”ni mi-
lyonçular oxuyur? Baxın görün siz nə deyirsiz. (Qəzeti
çantasından çıxarıb oxuyur.) “…Kapitalist quruluşunu dağıtmaq
olmaz, yoxsa sizi vəhşilərin aqibəti gözləyir… Burjua
cəmiyyətinin də çatışmazlıqları var, ancaq hər halda, bu, ən yaxşı
quruluşdur… Allaha şükür edin ki, siz Sovet İttifaqında
doğulmamısız…”
Jorj. Bu sözlərə kim inanacaq? Oxucular bu qədər kütbeyin
deyil…
Veronika. Xoşbəxtlikdən, elədir! Onlar belə şeylərə
inansaydılar, ya gərək səhərdən-axşamacan içəydilər, ya da gedib
özlərini asaydılar! (Özündən çıxaraq.) Ancaq min nəfərdən
bircəciyi də inansa, sən qatilsən! Sən elə bilirsən ki, varlılardan
pul qopardırsan? Xeyr! Sən onlara muzdla qulluq edirsən!
Jorj. Yox, belə deyil!
Veronika. Sən bizim evdə gizlənəndə deyirdin ki, işləmək
istəmirsən. Onlar isə səni arabaya qoşub işlədirlər!

Jorj etiraz etmək istəyir.

(Ona imkan verməyərək.) Sən elə bilirsən ki, onlara kələk
gəlirsən? Xeyr! Əslində, onlar səni hərifləyiblər.

Jorj. Boş şeydir! Onlar mənim əlimdədir. Mən onları iplərini
darta-darta oynadıram.

321
   316   317   318   319   320   321   322   323   324   325   326