Page 323 - 1-ci cild
P. 323
Æàí Ïîë Ñàðòð

ilə qapı arasında ağ süfrələr salınmış uzun mizlər düzülüb.
Mizlərin üstündə cürbəcür içkilər, boşqablarda şirniyyat və
sendviçlər var. Açıq qapıdan zalda ora-bura gəzişən qonaqlar
görünür. Orada adam çoxdur. Kimi açıq qapıdan içəri girir, kimi
eşiyə çıxır. Sağ tərəfdəki qapı örtülüdür. Zaldakı mebelin çoxunu
çıxarıblar ki, qonaqlar üçün yer geniş olsun.

Birinci gəliş

Xanım Bunumi, Boduen, Şapyui, qonaqlar.

Boduen (xanım Bunuminin qarşısını kəsərək, Şapyuini ona
təqdim edir). Şapyui.

Şapyui (Bodueni təqdim edir). Boduen.

Hər ikisi vəsiqələrini çıxarıb göstərirlər.

Boduen və Şapyui (ikisi də birdən). Siyasi polis idarəsi…
Boduen. Nazirin xüsusi əmridir ki…
Şapyui. …Nekrasovu qoruyaq.
Boduen. O gəlib?
Bunumi. Hələ yox.
Şapyui. O, əsas qapıdan gəlsə, ehtiyatsızlıq olar...
Boduen. …əgər siz icazə versəz…
Şapyui. …biz lazımı tədbirləri görüb…
Boduen. …onu arxa qapıdan keçirərik…
Şapyui (sağ tərəfdəki qapını göstərir). Bax bu qapıdan...
Boduen. …hə, belə daha təhlükəsiz olar…
Bunumi. Axı siz nə üçün bu qədər ehtiyat edirsiz?
Şapyui. Sui-qəsd cəhdi istisna olunmur.
Bunumi (narahatlıqla). O-o-o!..
Boduen. Narahat olmayın, xanım Bunumi. Biz öz postu-
muzdayıq!
Şapyui. Öz postumuzda!

323
   318   319   320   321   322   323   324   325   326   327   328