Page 319 - 1-ci cild
P. 319
Æàí Ïîë Ñàðòð

Pauza.

Biz onunla xalaoğluyuq.
Veronika. A-a-a!..
Jorj. Mənim xalam Rusiyada qalmışdı. Nekrasov onun
oğludur. Mən təsadüfən qəzetdə gördüm ki, o, Parisdədir.
Veronika. Necə də maraqlıdır!.. Yəqin, siz oturub bütün
qohum-əqrəbanı xatırladız, təsirləndiz…
Jorj. Əlbəttə. Nekrasov təklif etdi ki, onun şəxsi katibi olum.
Veronika. Onun katibi? Maraqlıdır!
Jorj. Mən elə-belə, yalançı katibəm. Bir-iki həftəyə
ciblərimi doldurub aradan çıxacağam.
Veronika. Ancaq indi siz murdar işlərində ona kömək edir-
siz.
Jorj. “Murdar işlərində”?.. Bura bax, sən özündən düzüb-
qoşmusan ki, “Fiqaro”dan gəlmisən, hə?
Veronika. Əlbəttə.
Jorj. Səni o tərəqqipərvər qəzetcik göndərib?
Veronika. Yox. Məni heç kim göndərməyib. Danışın də
onun haqqında. O, bircə anın içində sizi valeh etdi, hə?
Jorj. Hə, bir az…
Veronika. O, yaramazın biridir!
Jorj. Niyə belə deyirsiz?
Veronika. Siz onu müdafiə edirsiz?
Jorj. Yox. Ancaq siz bu cür danışanda mənim xoşuma
gəlmir.
Veronika. Sizcə, o, yaramaz deyil?
Jorj. Ola bilər… Ancaq sən tanımadığın bir adamı ittiham
edə bilməzsən.
Veronika. Mən onu tanıyıram.
Jorj. Onu tanıyırsan?
Veronika. Əlbəttə! O, sizsiz!
Jorj (sövq-təbii təkrar edir). Hə də, mənəm… (Yerindən
sıçrayır.) Yox, o, mən deyiləm! Mən deyiləm! Mən deyiləm!

319
   314   315   316   317   318   319   320   321   322   323   324