Page 325 - 1-ci cild
P. 325
Æàí Ïîë Ñàðòð
Perdriyer badəsini qaldırır. Jül onun əlindən
yapışır. Çaxır dağılır.
Periqor. Təzə ideyanız var?
Jül. Bəli. Nə deyəcəyəmsə, hamısını yazın! (Qonaqlara.) Əziz
dostlar! Biz hamımız, ilk növbədə isə bizim şanlı Perdriyer qara
siyahıdayıq. Biz hamımız gələcəyin qurbanlarıyıq. Mən təklif
edirəm ki, bizim bu axşamımızı tarixi bir hadisəyə çevirək. Mən
təklif edirəm ki, “G.Q.” klubu yaradaq.
Hamı. “G.Q.”-nin mənası nədir?
– “G.Q.”?..
– “G.Q.” nə deməkdir?..
Jül. Yəni, “Gələcək Qurbanlar”! “G.Q.”
Hamı. Əhsən!..
– Bravo!..
– Yaşasın “G.Q.”!..
Jül. Biz elə bu gün müvəqqəti idarə heyəti seçəcəyik, onlar
da əsasnaməni yazacaqlar. Sədrliyə isə özümü təqdim edirəm!
Hamı əl çalır.
(Periqora.) Bunu sabah birinci səhifədə ver. Mənim
portretimlə!..
Baran zala daxil olur.
Bu nədi belə? Baran? (Sürətlə Nersyaya və Bunumiyə
yaxınlaşır.) Siz görürsüz, Baran da burdadır?
Üçüncü gəliş
Həmin adamlar və Demidov. Baran əli ilə Demidovun
qolundan yapışıb onu özündən kənara buraxmır.
Bunumi. Aman Allah!..
325