Page 327 - 1-ci cild
P. 327
Æàí Ïîë Ñàðòð

Baran. Bu, dəhşətli bir anlaşılmazlıqdır… Bağışlayın, yenə
yadımdan çıxdı ki, sizə necə müraciət etmək lazımdır?

Demidov (yeməyi təpişdirib, içə-içə). Fyodor Petroviç.
Baran. Fyodor Petroviç, deyin, o siyahı uydurma bir şeydir?
Demidov. Hansı siyahı?
Baran. Gələcək qurbanların siyahısı.
Demidov. Axı sizə dedim ki, mənim ixtisasım iqtisadiy-
yatdır. Bolşeviklər bütün dünya neftini necə zəbt edir? Bax mən
bunun üzərində çalışıram.
Baran. Ancaq böyük sovet mütəxəssisi kimi siz bilməlisiz
ki…
Demidov (onun sözünü kəsərək). Mən demirəm ki,
bilmirəm… Mən özüm də o siyahı barədə yaza bilərdim. Ancaq
siz mənim beşinci məqaləmi dərc etmək istəmədiz. Siz məni
sıxılmış limon kimi bir kənara atdınız!..
Baran. O, yalançı Nekrasovdur! Hər şeyi özündən uydurub!
Siz, şübhəsiz ki, Moskvada əsl Nekrasovla görüşmüsüz?..
Demidov. Mən bütün nazirləri tanıyıram. Onların hamısı
mənimlə məsləhətləşirdi.
Baran. Siz gərək onu ifşa edəsiz. Əgər o siyahı həqiqidirsə,
mənim də adım orda yoxdursa, deməli, belə çıxır, mən
bolşeviklərə işləyirəm…
Demidov. Hər şey ola bilər. Siz hamınız bolşeviklərlə
danışıqlar aparmaq istəyirsiz. Siz gərək məni əlinizdə gəzdi-
rəydiz! Bəs nə etdiz? Bir daxmanın içində itib-batmışam. Mən
burda daha heç kimə lazım deyiləm.
Baran. Deməli, siz də məndən şübhələnirsiz? Fyodor Petro-
viç, bir mənə baxın. Bəyəm mən kommunistə oxşayıram?
Demidov. Niyə də yox?
Baran. Mən daha heç nə başa düşmürəm… Mənə elə gəlir,
dəli oluram… Fyodor Petroviç, yalvarıram sizə, sübut edin ki,
mən kommunist deyiləm!
Demidov. Sizcə, mən bunu necə etməliyəm?

327
   322   323   324   325   326   327   328   329   330   331   332