Page 331 - 1-ci cild
P. 331
Æàí Ïîë Ñàðòð
Xanım. Məncə, ən yaxşısı da elə budu!.. Öz aramızda qalsın,
axı Luizanın elə bir gözəlliyi də yoxdur… Amma… amma mən
istəmirəm ki, öləndə sifətimi pis günə qoysunlar!.. (Gedir.)
Hoble. Aristokratlar haqqında necə də yanlış sözlər
deyirlər!.. Deyirlər, guya onların hamısı yüngülbeyindir. Amma
bax, onlar ziyafətdə də ölüm barədə danışırlar…

Doqquzuncu gəliş

Hoble, Jorj, Sibilo, hər iki cangüdən.

Jorj (cangüdənlərə). Gedib rəqs edə bilərsiz.

Cangüdənlər gedir.

(Onların ardınca qapını örtür.) Sibilo, cəsarətli ol! Kef elə!..
Sibilo. Yaxşı. Gedək. (Zaldan keçən Baran ilə Demidovu
görür.) Görürsən?
Jorj. Nədi ki?
Sibilo. Arxanı onlara tərəf çevir, yoxsa işimiz bitəcək. Baran
ilə Demidov da burdadı. Onlar səni axtarır.
Jorj. Demidov heç mənim vecimə də deyil! Məni bu saat
Paloten ilə Nersya maraqlandırır. Mən onlara göstərəcəyəm ki,
hansımızın zoru artıqdır?! Onlar gərək bu makinaçını təzədən işə
götürsünlər!

Qonaqlardan biri içəri daxil olur.

Qonaq (aşa-aşa, titrəyən əlində tutduğu badəni yuxarı
qaldıraraq guya sağlıq deyir). İnsanları “G.Q.” divarına düzüblər!
Onlara atəş! Atəş!.. Atəş!.. Yaşasın Fransa!.. (Yıxılır.)

Hoble (səhnənin dərinindən qaçaraq özünü ona yetirir).
Yazıq!.. (Yerə sərilmiş qonağın yanında diz çökür.)

331
   326   327   328   329   330   331   332   333   334   335   336