Page 335 - 1-ci cild
P. 335
Æàí Ïîë Ñàðòð

Jül. Bunun sənə dəxli yoxdur. Bu, qəzetin işidir!
Jorj. Qəzetin işləri elə mənim işlərimdir də!
Jül. Dəli olmusan?! Redaktor kimdir?
Jorj. Sən. Ancaq sən özünü belə aparsan, işin bitəcək. İdarə
heyətinin üzvlərindən tələb edəcəyəm ki, səni qovsunlar.
Jül. Sənə elə gəlmir ki, imkanlarını bir az şişirdirsən?
Jorj. Əksinə, azaldıram. Sənin qəzetciyinin tirajını kim iki
dəfə artırıb?
Jül. Bəs sənə bu şan-şöhrəti kim yaratdı?
Jorj. Mən olmasaydım, səni çoxdan qovmuşdular.
Jül. Mən olmasaydım, sən indi körpü altında mitillənirdin.
Jorj. Sən eləmisən, eləməmisən, indi bunun dəxli yoxdur!
Mən Qərb dünyasının qəhrəmanıyam! Sən isə… Bilirsən, sən
kimsən? Miskin bir yazı-pozu adamı!.. Sənin bəxtin onda gətirdi
ki, mənim kimi bir nəhəngə rast gəldin!
Jül. Nəhəngə? Hə, sən nəhəng adamsan!
Jorj (təəccüblə). Deməli, bunu etiraf edirsən, hə?
Jül. Edim də!.. Ancaq nəhəng adamların mənim üçün heç
bir əhəmiyyəti yoxdur. Çünki onları mən özüm yaradıram. Onlar
o vaxta qədər nəhəngdirlər ki, həmin o yazı-pozu adamları onlar-
dan yazır. Qələmi saxlasalar, o nəhəng adamlar da daha – qoqqu!
Jorj. Ancaq…
Jül (onun sözünü kəsərək). Qulaq as, əllinci ildə Parisdə nə
qədər nəhəng adam var idi? Dörd yüz səksən yeddi nəfər! Əlli
birinci ildə dörd yüz doxsan doqquz nəfər. Bu il isə onların sayı
ən azı altı yüz olacaq. Tələbat artır. Bilmirsən ki, onları hardan
tapıb çıxarasan. Nəhəng adam!.. Bu gün mayın on üçüdür, sən isə
bu il artıq iki yüz yetmiş səkkizinci nəhəng adamsan.
Jorj. Qulaq as, Jül…
Jül (onun sözünü kəsərək davam edir). O ki qaldı sənin
müdafiə etdiyin adamlara, onları idarə heyəti işdən çıxarıb. Ner-
sya ilə danışa bilərsən. Baranın yerinə onu seçiblər.
Jorj (Nersyaya yaxınlaşaraq onun qoluna girir). Əziz cənab
Nersya…

335
   330   331   332   333   334   335   336   337   338   339   340