Page 337 - 1-ci cild
P. 337
Æàí Ïîë Ñàðòð

Jül. Tavernye? Çox pis! Periqor, bizim qəzetin prinsipini
bilmirsən? “Həqiqət, yalnız həqiqət!” Tavernyeni işdən çıxarmaq
lazımdır.

Jorj. Yox!
Jül. Biz mütləq onu qovmalıyıq.
Jorj. Siz, onsuz da, xeyli adam qovmusuz.
Jül. Onda onun yaxşıca dərsini verərik. Periqor, ona
deyərsən ki, Nekrasovun sayəsində işdə qaldı.
Jorj. Sizinçün yaxşısı da elə budur…

Pauza.

O ki qaldı mənə, mən sadəcə təkzib verməklə kifayətlə-
nərəm.

Jül. Təkzib?
Nersya. Təkzib?
Periqor. Təkzib?

Bir-birilərinə baxırlar.

Jül. Qulaq as, Nekrasov, bu, çox ağılsız bir iş olar!
Periqor. Oxucular da buna mat qalar…
Nersya. Harda görünüb ki, bizim qəzet özü özünü təkzib
etsin?
Jül. Təkzib etsək, o kiçik məlumat o saat oxucuların diqqət
mərkəzində keçəcək.
Periqor. Mən əminəm ki, onu heç kim oxumayıb.
Jül (Nersyaya). Hörmətli sədr, deyin görək, o kiçik məlumat
heç sizin diqqətinizi cəlb edib?
Nersya. Yox. Özü də mən birinci cümlədən sonuncu
cümləyə qədər bütün qəzeti oxuyuram.
Jül. Belə olsa, onda gərək biz qəzetin hər nömrəsində
əvvəlki nömrəylə bağlı təkzib verək…
Jorj. Bəs nə etmək fikrindəsiz?

337
   332   333   334   335   336   337   338   339   340   341   342