Page 339 - 1-ci cild
P. 339
Æàí Ïîë Ñàðòð

göstərərək.) Baxın, bu, Demidovdur. Məşhur sovet iqtisadçısı.
(Bu dəfə də Jorju göstərərək Demidova.) Özünü Nekrasov kimi
qələmə verən bu adama baxın. Siz onu tanıyırsınız?

Demidov. Axı mən sizə dedim ki, evə getmək istəyirəm…
Jorj (Demidovun üstünə atılaraq onu qucaqlayır). Nəhayət!
Nəhayət ki! (Hamıya.) Xahiş edirəm, hamınız buranı tərk edəsiz.
Mənim Demidova məxfi tapşırığım var.
Baran. Siz ifşa olunmamış, biz heç yerə getməyəcəyik!

Boduen və Şapyui Baran ilə Jorjun arasına girir.

Boduen. Xeyr! Siz buranı tərk etməli olacaqsız!
Baran. Axı mən…
Boduen. Siyasi polis idarəsi! Bu, əmrdir!
Şapyui (o biri qonaqlara). Xahiş edirəm, hamı buranı tərk
etsin!

Qonaqları çıxarırlar, təkcə Jorj ilə Demidov qalır.

On üçüncü gəliş

Jorj, Demidov.

Demidov. Sən Nekrasov deyilsən.
Jorj. Qışqırma! Bunun mətləbə nə dəxli var?!.
Demidov. Sən Nekrasov deyilsən. Sən fransızsan!
Jorj. Özündən çıxma, Demidov. Burda bizdən başqa heç
kim yoxdur. Mən çoxdan idi, səninlə görüşüb, danışmaq
istəyirdim.
Demidov. Mən səni tanımıram!
Jorj. Ancaq mən səni tanıyıram! Sənin haqqında bəzi
məlumatlar əldə etmişəm. Sən Münhen radiosunda amerikalıların
diktoru idin. Səsin qoca əyyaş səsinə dönmüşdü deyə səni qov-
dular. Əllinci ildə Fransaya gəlmisən, “Rusiyanın xilası”

339
   334   335   336   337   338   339   340   341   342   343   344