Page 343 - 1-ci cild
P. 343
Æàí Ïîë Ñàðòð

Şapyui. …biz xoşbəxtik ki, sizi xilas etdik!..

Jorj təzim edərək getmək istəyir. Hoble gəlir.

Hoble (Jorja). Bağışlayın, siz cənab Şarl Baranı görmə-
misiz?

Jorj (arxasını ona çevirərək). Yox!
Hoble. Demişdi, məni burda gözləyəcək… Qəribədi…
Sibilo (gözlənilmədən möhkəm sərxoş halda içəri daxil
olur). Gedək, Hoble, gedək, mənim əzizim! Aşpaz qadınlar
darıxıblar sənin üçün!.. (Hobleni çəkərək özü ilə aparır.)
Boduen. Siz bu adamı tanıyırsız?
Jorj. Yox.
Şapyui. O, cinayət axtarışı üzrə müfəttişdir.
Jorj. A-a-a!..
Boduen. Zəhmət olmasa, əyləşin.
Jorj. Axı…
Şapyui. Bizim sizin köməyinizə ehtiyacımız var.
Jorj (əyləşərək). Sizə nə kömək edə bilərəm?
Şapyui. Biz böyük bir sui-qəsdin üstünü açmışıq. Məqsəd
Fransanı dağıtmaq, Fransanı çürütməkdir!
Jorj. Bəyəm Fransa çürüyür?
Şapyui. Hələ yox… Biz onu qoruyuruq…
Boduen. …alcaq niyyətlər istəyirlər ki, Fransanı
çürütsünlər!
Jorj. Bədbəxt Fransa! Bu sui-qəsdi kimlər hazırlayır?
Şapyui. İki jurnalst.
Jorj. Qırx milyon fransızı iki nəfər çürütmək istəyir? Əgər
belədirsə, onda sizin ölkənizi dağıtmaq çox asanmış!
Boduen. Bu iki nəfər gözdən pərdə asmaq üçündür. Biz
istəyirik ki, onların timsalında iyrənc qəzetləri cəzalandıraq! O
qəzetlər oxucuların ayıq-sayıqlığını yuxuya verir…
Şapyui. …and-aman edirlər ki, guya beynəlxalq gərginliyi
azaltmaq olar...

343
   338   339   340   341   342   343   344   345   346   347   348