Page 347 - 1-ci cild
P. 347
Æàí Ïîë Ñàðòð
Jorj (yerindən sıçrayaraq). Nə?
Boduen. Otur, otur! (Onu yerində oturdur.)
Şapyui. Bilirsən, sən bizi qorxutdun…
Boduen. …ancaq biz sənin kimilərini az görməmişik…
Şapyui. …fırıldaqçı – bazar cındırları kimi bir şeydir…
Boduen. …onları bir balaca qıdıqlayanda…
Şapyui. …başlayırlar əzilib-büzülüb, naz satmağa.
Jorj. Mən başa düşmürəm, siz nə demək istəyirsiz?
Şapyui. Ancaq mənə elə gəlir ki, sən hər şeyi başa
düşürsən…
Boduen. …yox, əgər başa düşmürsənsə, biz səni başa salaq.
Sən Jorj de Valerasan, məşhur dələduz və fırıldaqçı. Biz elə bu
saat səni cinayət axtarışı müfəttişi Hobleyə təhvil verə bilərik.
Yeri gəlmişkən, deyək ki, o, elə səni axtarır.
Jorj (gülməyə çalışır). Jorj de Valera? Bu, anlaşılmazlıqdır!
Özü də çox gülməli bir anlaşılmazlıq! Mən…
Şapyui. Bəsdir, Jorj! Cangüdənlərin bir həftədir, sənin
fotolarını çəkir. Onlar sənin barmaq izlərini də götürüblər. Sənin
çıxış yolun yoxdur!..
Jorj. Lənət şeytana!
Pauza.
Boduen. Biz kinli adamlar deyilik…
Şapyui. …dələduzluq da, fırıldaqçılıq da bizim sahəmizə aid
deyil…
Boduen. …bu, cinayət axtarışı polislərinin işidir. Bizim də
onlardan heç xoşumuz gəlmir…
Şapyui. …müfəttiş Hobleni də vecimizə almırıq...
Boduen. …bizə o iki jurnalist lazımdır…
Şapyui. …sən də onları bizə versən, nə qədər ürəyin istəyir,
Nekrasov ola bilərsən…
Boduen. …hərdənbir də bizə kiçik qulluq göstərəcəksən…
Şapyui. …biz bəzi adamları sənə göstərəcəyik…
347