Page 349 - 1-ci cild
P. 349
Æàí Ïîë Ñàðòð
bilməzsən ki, səninlə təzədən görüşməyimə necə şadam. Hörmətli
cənablar və hörmətli xanımlar! Nekrasov rəhmətə getdiyi üçün
Jorj de Valera sizinlə görüşmədən aradan çıxacaq. Ancaq necə?
Əsas qapıdan? Mümkün deyil, ora casuslarla doludur. Arxa
qapıdan? (Sağ tərəfdəki qapını açır.) Lənət şeytana,
cangüdənlərim ordadır! Pəncərədən? (Pəncərəyə yaxınlaşaraq
aşağı boylanır.) Azı on metr var, şil-küt olaram. Yaxında, görəsən,
borudan-zaddan bir şey var? (Pəncərəyə dırmaşıb baxır.) Yox, çox
uzaqdadır. Nəsə bir yolla cangüdənlərimin başını qata
bilsəydim…
Demidov (Jorju pəncərədə görüb, onun üstünə atılaraq,
aşağı dartır.) Bu nədi, sən nə edirsən!? Biz səninlə bir-birimizə
söz vermişik! Sən Orlovu məhv etməlisən, amma özünü
pəncərədən atırsan?
Jorj. Mən…
Demidov. Mən lap elə indi sənə diktə edə bilərdim, amma
bir az içmişəm… Bilirsən, mənə içmək olmaz. İçəndə dava salıb
aləmi bir-birinə qatıram.
Jorj (maraqla). Doğrudan?
Demidov. Əlimə nə keçdi, sındırıram… dağıdıram… Hətta
adam öldürə bilərəm!..
Jorj. Sən nə danışırsan?..
On yeddinci gəliş
Onlar, eləcə də Bunumi, Perdriyer və
bütün başqa qonaqlar.
Bunumi (Jorja). Nəhayət, yenə sizinləyik! Ümid edirəm,
daha bizi tənha qoymayacaqsız!.. İndi biz salon oyunları
oynayacağıq.
Jorj. Salon oyunları? Onda mən sizə gözəl bir oyun təklif
edirəm. Əgər Demidov içsə, məclisin gözü olur, hamı qəşş edib
özündən gedəcək!.. Güldürəcək hamını!
349