Page 351 - 1-ci cild
P. 351
Æàí Ïîë Ñàðòð
– Rədd olsun!..
– Rədd olsun!..
İçirlər.
Jorj. Bizim partiyamızı yaddan çıxarmısan. İndi yaxşı
məqamdır. Qoy bizim partiya haqqında bütün dünya eşitsin!
Demidov. Bizim çoxmilyonlu partiyamızın şərəfinə!
“ÇRX”-nin şərəfinə! (İçir.)
Hamı. “ÇRX”-nin şərəfinə!
– “ÇRX”-nin şərəfinə!
– “ÇRX”-nin şərəfinə!..
İçirlər. Qonaqların çoxu tamam sərxoş olub. Kağızdan papaq
düzəldib başlarına qoyurlar, oyuncaq zurnaları çalırlar, bir-
birilərinə konfet atırlar və s.
Demidov. Daha nəyin şərəfinə içək?
Jorj. Bilmirəm… Bəlkə, Fransanın? Hər halda, gərək bir az
nəzakətli olaq…
Demidov. Cəhənnəm olsun Fransa! (Qışqıraraq.) Eşq olsun
atom bombasına! Nüvə silahlarına eşq olsun! Alman ordusuna eşq
olsun! Onlar Orlovu asacaqlar! Sizin Fransanızı darmadağın
edəcəklər!
Qonaqların bir qismi Demidovun sağlıqlarını
təkrar edir, o biriləri isə pərt olur.
(Perdriyerə.) Sən niyə içmirsən? Sənin gorbagor olmağının
şərəfinə, nacins!
Perdriyer. Mənim gorbagor olmağımın?
Demidov. İç deyirəm sənə!
Perdriyer. İçirəm, içirəm…
Qonaq (xanımına). Səncə, bu, çox gülməlidir?
351