Page 355 - 1-ci cild
P. 355
Æàí Ïîë Ñàðòð

elə də səfeh deyillər. Nekrasov hələ işə yaraya bilər. Şəhər
kənarında, bir sakit guşədə mənim üçün geniş, işıqlı otaqları olan
bir yaylaq evi kirayə edəcəklər. Ən gözəl otağı mənim üçün
ayıracaqlar. Məni rahat bir yataqda uzadacaqlar. Axı yazıq
Nekrasov çox zəifləyib, bu qədər əzab çəkib… Ancaq bu, sənin
atana mane olmayacaq ki, mənim sensasiyalarla dolu ifşaedici
məqalələrimi yazıb çap eləsin. O, elə öyrənib ki, indi mənsiz də
yaza bilər. (Qəzetsatanı yamsılayaraq.) “Metr və Dyuval gizli
olaraq Moskvaya gediblər. Nekrasov onların haqqını dollarla
ödəyib”. O bədbəxtləri o qədər ləkələyəcəklər ki, oxucular da
onların vətənə xəyanətini təbii qəbul edəcək.

Veronika. Tribunal üçün mənim atamın məqaləciklərinin nə
əhəmiyyəti? Tribunala şahid lazımdır.

Jorj. Sən əminsən ki, mən şahidlik etməyəcəyəm?
Veronika. Sən?!
Jorj. Bəli, mən. Məni xərəkdə gətirəcəklər. Bilirsən,
döyülməkdən heç xoşum gəlmir. Hər gün məni döyməyə
başlasalar, axırda təngə gələcəyəm…
Veronika. Səncə, onlar səni çox döyəcəklər?
Jorj. Yox! Onların vicdanı buna yol verməz!..

Pauza.

Sən mənə nifrət edə bilərsən, ancaq şair qəlbli bir insan
olduğum üçün fiziki cəhətdən iradəli deyiləm.

Veronika. Mən sənə nifrət etmirəm. Hələ seçim edə bilərsən.
Jorj. Mən bilmirəm axı hansı seçimi edim?
Veronika. Sən istəmirsən onlara böhtan atasan?
Jorj. Yox, istəmirəm. Ancaq o biri tərəfdən də, istəmirəm ki,
vurub dişlərimi sındırsınlar. Veronika, mən siyasət üçün
doğulmamışam.
Veronika. Mən əminəm ki, sən onların üzünə durmaya-
caqsan.
Jorj. Hər halda, istəyirəm ki, Metr ilə Dyuval aradan çıxıb
gizlənsinlər.

355
   350   351   352   353   354   355   356   357   358   359   360