Page 359 - 1-ci cild
P. 359
Æàí Ïîë Ñàðòð

Pauza.

Veronika, mənim düşdüyüm vəziyyəti dostlarına anlat,
bəlkə, mənə yazıqları gəldi, qaçıb gizləndilər?

Veronika. Ağlım kəsmir.
Jorj. Lənət şeytana! Gərək sənin gözlərin qarşısında
gicgahıma bir güllə sıxaydım! Sənin xoşbəxtliyindi ki, mənim
buna cəsarətim çatmır. (Oturur.) Mən daha heç nə başa
düşmürəm. Mənim öz kiçik fəlsəfəm var idi. O da yaşamaqda
mənə kömək edirdi. İndi isə elə bil hər şeyi itirmişəm. Gərək bu
lənətə gəlmiş siyasətə girişməyəydim.
Veronika. Get, Jorj, vaxtdır!
Jorj (pəncərənin qaşısında). Gecə… Küçələr də bomboş…
İndi mən divarlara qısıla-qısıla səki ilə gedəcəyəm… Səhərə
kimi… Sonra isə… Həqiqəti bilmək istəyirsən, Veronika? Sənin
yanına gəldim ki, məni burda həbs etsinlər. Belə anlarda çox
vacibdir ki, sonuncu kimin üzünü görürsən. Çünki o sifəti uzun
müddət xatırlayırsan. Ona görə də istəyirdim, bu, sənin sifətin
olsun.

Veronika gülümsəyir.

Sən gərək tez-tez gülümsəyəsən. Sənə yaraşır.
Veronika. Mən xoşuma gələn adamlara gülümsəyirəm…
Jorj. Mən sənin xoşuna gələ bilmərəm… Sən də mənim
xoşuma gəlmirsən!

Pauza.

Əgər mən sənin o igidlərini həbsxanadan xilas edə
bilsəydim… Bax onda kefiniz kök olardı. (Otaqda var-gəl edir.)
Ey mənim dahiyanə təfəkkürüm, kömək et!.. Mənə sübut et ki,
sən hələ sağsan!

Veronika. Axı bilirsən ki…

359
   354   355   356   357   358   359   360   361   362   363   364