Page 363 - 1-ci cild
P. 363
Æàí Ïîë Ñàðòð
Şapyui. Sən siyasi polis idarəsinə qarşı çıxırsan?
Hoble. Sizə dəxli olmayan işlərə burnunuzu soxmayın,
müftəxorlar!
Jorj. Cəsarətli ol, Hoble! Mən səninləyəm! Mən səninəm!
Hoble (Jorju qucaqlayaraq). Jorj de Valera!..
Boduen. Sənin başın ancaq cibgirlərdən çıxır…
Şapyui. …bir də xırda fırıldaqçılardan…
Boduen. …sən hələ bilmirsən ki, siyasi polis idarəsi nə
deməkdir…
Şapyui. …Fransanın toxunulmazlığıdır…
Boduen. …böyük ölkələrin maraqlarıdır…
Hoble. Mən adi, gözə çarpmayan bir adamam! Ancaq mən
Jorj de Valeranı tapdım!
Boduen (Veronikaya). Bu, deyəsən, doğrudan da, elə bilir
ki, o, Jorj de Valeradır…
Şapyui (Veronikaya). …bədbəxt Hoble! O da ağlını itirib…
Boduen. …mənim ona yazığım gəlir. Əsl sarsıntıdır!
Şapyui (Hobleni göstərərək sanitarlara). Onu da aparın!

Sanitarlar Hoblenin üstünə atılırlar.

Veronika (qışqırır). Kömək edin!

Şapyui əli ilə onun ağzını yumur. Hoble özündən çıxaraq hər iki
sanitarı yerə sərir. Sonra Boduenin üstünə atılır. Şapyui
Veronikanı buraxıb Boduenə kömək etmək istəyir. Jorj və

Veronika bir-birinə baxır və ikisi də pəncərədən eşiyə atılır.
Hoble Boduenlə Şapyuini də yerə sərir,

özü də yıxılır, sonra boylanıb ətrafa baxır.

Hoble. Axı mən deyirdim onu heç vaxt tuta bilməyəcəyəm.

363
   358   359   360   361   362   363   364   365   366   367   368