Page 365 - 1-ci cild
P. 365
Æàí Ïîë Ñàðòð
Berjera zurnanı üfürür.
Yalvarıram sizə, bu zurnanı çalmayın.
Berjera. Bu, tütəkdir.
Nersya. Yaxşı, qoy tütək olsun. Ancaq, xahiş edirəm, onu
tullayasız.
Berjera. Tütəyi tullayım? Mən onu o vaxt ataram ki, siz də
o başınızdakını tullayasınız.
Nersya (təəccüblə). Nə? Sizinki, deyəsən, bir az artıq olub…
(Əlini başına aparır və ancaq indi başa düşür ki, kağız karnaval
papağı başındadır.) Fu!.. (İyrənc bir şey kimi kağız papağı yerə
atır.) Cənablar, xahiş edirəm, unutmayasınız ki, siz idarə heyətinin
iclasındasınız. Üst-başınızı qaydaya salın.
Berjera zurnanı mizin üstünə qoyur. Qalanları üst-başını çırpır.
Səhərdən bəri fikirli-fikirli otaqda var-gəl edən
Jül dolaba yaxınlaşır və içki şüşəsi ilə
qədəhi götürür.
Bəsdir! Mən elə bilirdim, siz, ümumiyyətlə, içmirsiz.
Jül. Mən içirəm ki, fikirləşməyim.
Nersya. Fikirləşməyəsiz? Nəyi?
Jül. Məndə bütün həyatım boyu əldə etdiyim ən sensasiyalı
məlumat var, ancaq onu dərc edə bilmirəm. (Xəyal aləmində.)
“Nekrasov – əslində, Jorj de Valeradır”! Bir şəxsin simasında iki
böyük insan! Başa düşürsüz, bu nə deməkdir?
Nersya. Siz çox sadəlövhsüz.
Jül. Xəyala dalmaq – elə də böyük günah deyil ki... Mən
istərdim, bircə günlüyə solçu qəzetlərdən birinin yazarı olam.
Bircə günlüyə. Başa düşürsüzmü, bu, necə bir başlıqdır? (Vəcdə
gələrək dayanır.) Birinci səhifədən keçir, ikinci səhifədən keçir,
üçüncü səhifə… Başlıq deyil e, atom bombasıdır!
Nersya. Mən başa düşmürəm, siz nədən danışırsız?
365