Page 369 - 1-ci cild
P. 369
Æàí Ïîë Ñàðòð
Şarivye. Bağışlayın, siz kimi nəzərdə tutursuz?
Nersya. Əlbəttə, idarə heyətinin üzvlərini yox.
Hamı. Bravo!..
– Əhsən!..
– Əla!..

Alqışlar.

Jül (əvvəlcə əl çalır, sonra birdən dayanır). Belə olan
halda… doğrusu… mən başa düşmürəm…

Hamı ona baxır. Jül yenə var-gəl etməyə başlayır.
Heç kim gözünü ondan çəkmir.

Siz niyə mənə belə baxırsız?
Nersya (ona yaxınlaşaraq). Əziz Paloten, özünüzü
cəmləyin.
Berjera. Qəzet sizin övladınızdır.
Şarivye. Siz onun atasısınız. Siz övladınızı xilas etmək üçün
gərək özünüzü qurban verəsiniz.
Jül. Hə!.. Deməli, siz bunu istəyirsiz!

Pauza.

Nə olar, mən tabe olmağa hazıram.

Alqışlar.

Ancaq bu, qəzeti xilas etməyəcək. Hamı bilir ki, mən xırda
bir qulluqçuyam. Əgər istəyirsinizsə, oxucuların qarşısında bəraət
alasınız, o zaman idarə heyətinin sədrini qurban vermək lazımdır.

Şarivye. Pis fikir deyil…
Nersya. Əziz dostlar, ancaq…
Şarivye. Bu, sizin tərəfinizdən çox nəcib bir hərəkət olar.

369
   364   365   366   367   368   369   370   371   372   373   374