Page 371 - 1-ci cild
P. 371
Æàí Ïîë Ñàðòð
Dördüncü gəliş
Həmin adamlar, Baran və Sibilo.
Baran. İdarə heyətinin üzvləri, deyəsən, gimnastika ilə
məşğul olurlar... Nə olar, sizin yaşınızda bunun xeyri var.
Nersya. Baran!
Hamı. Baran!..
– Baran!..
– Baran!..
Baran. Bəli, əziz dostlar, Baran! Sizin keçmiş sədriniz!
Sibilo, vicdanlı bir adam kimi hər şeyi mənə danışdı. Sibilo,
özünüzü itirməyin!
Sibilo (içəri gələrək). Mən… Bağışlayın məni, bağışlayın!..
Jül. Başıboş!
Baran (Jülə). Ehtiyatlı olun! (Sibiloya.) Siz heç nədə
təqsirkar deyilsiz, Sibilo. Əksinə, siz bizə böyük xidmət
göstərirsiz. Əgər biz qəzetimizi xilas edə bilsək, ancaq sizə
minnətdar olmalıyıq!
Şarivye. Bəyəm qəzeti xilas etmək mümkündü?
Baran. Əgər mümkün olmasaydı, mən bura gələrdim?
Berjera. Sizin ideyanız var?
Baran. Bəli.
Şarivye (onun əlini sıxaraq). Biz sizin qarşınızda çox
təqsirkarıq…
Berjera. Sizin ürəyiniz genişdir! Xahiş edirik, bizi
bağışlayasınız.
Baran. Mən heç vaxt heç kimi bağışlamıram. Mən ancaq
cəmiyyətin rifahı barədə düşünürəm. “Suar-a-Pari” – böyük
mədəni-mənəvi dəyərdir. Əgər bu qəzet bağlansa, Fransa mənən
kasıblaşar. Bax buna görə də mən öz şəxsi incikliklərimi bir
kənara qoyuram!..
Şarivye. Bəs siz nə təklif edirsiz?
Baran. Mən heç nə təklif etmirəm! Mən tələb edirəm!
371