Page 357 - 1-ci cild
P. 357
Æàí Ïîë Ñàðòð
Sən nə edirsən?
Veronika (telefon dəstəyinə). Rober, sənsən, Rober? Burda
bir nəfər səninlə danışmaq istəyir. (Jorja.) Dyuvaldır.
Jorj. Bəlkə, onun telefonuna qulaq asırlar?
Veronika. Bunun əhəmiyyəti yoxdur. (Dəstəyi ona verir.)
Jorj. Alo, Dyuval?.. Mənə yaxşıca qulaq asın. Sizi sabah tu-
tacaqlar. Uzaqbaşı – birigün. Çox güman ki, sizə iş kəsəcəklər.
Sizin heç çamadanlarınızı yığmağa da vaxtınız yoxdur. Qaçın!
Elə bu dəqiqə qaçın!.. Nə? O-o-o!.. (Dəstəyi Veronikaya
uzadaraq.) Söyüb biabır etdi məni!..
Veronika (dəstəyi götürərək). Yox, Rober, yox, sakit ol. O,
təxribatçı deyil. Sonra səni başa salaram. (Dəstəyi asır.) Metrlə
də danışmaq istəyirsən?
Jorj. Yox. Daha hər şeyi başa düşdüm. (Gülür.) Ömrümdə
birinci dəfə kiməsə xidmət göstərmək istədim!.. Birinci… və
axırıncı dəfə!
Pauza.
Çıxıb getməkdən başqa bir şey qalmır. Sağ ol… Bir də ki…
mənim üzrxahlığımı qəbul edin.
Veronika. Sağ ol.
Jorj (qəflətən qeyzə gələrək). Sizinkilər idiotdurlar, idiot!
Onlarda dırnağın ucu qədər belə təsəvvür deyilən şey yoxdur!
Həbsxananın nə demək olduğunu hətta gözlərinin qabağına belə
gətirə bilmirlər! Axı mən bilirəm, nə deyirəm!
Veronika. Sən hələ bu vaxtacan həbsxanada yatmamısan?
Jorj. Düzdü, yatmamışam, ancaq mən şairəm! Mən təsəvvür
edə bilirəm. Mənə elə gəlir, artıq təkadamlıq kameradayam! Onlar
bilirmi ki, həbsxanada olanların yarısı oradan vərəmlə çıxır?
Veronika. Dyuvalı otuz doqquzun oktyabrında həbs
etmişdilər. O, qırx dördün avqustunda çıxıb. Elə həbsxanada da
vərəmə yoluxub.
Jorj. Onda o, dəlidir!
357