Page 353 - 1-ci cild
P. 353
Æàí Ïîë Ñàðòð
Hoble. Dayan! (Tapançanı çıxarıb göyə atəş aça-aça Jorjun
ardınca qaçır.)
Qonaqlar (dəhşət içində). Bolşeviklər!..
– Bolşeviklər!..
– Bizi artıq güllələyirlər!

YEDDİNCİ ŞƏKİL

Sibilonun mənzili. Gecədir. Jorj pəncərədən içəri girir. Veronika
gəlib otağın işığını yandırır. O, üçüncü şəkildə olduğu kimi
geyinib və evdən çıxmağa hazırlaşır. Jorj
əllərini qaldırıb gülümsəyərək onun
arxasında dayanır.

Birinci gəliş

Jorj. Axşamın xeyir!
Veronika (arxaya çevrilərək). A-a, Nekrasov!
Jorj. Nekrasov rəhmətə getdi. Məni Jorj çağır, pərdələri də
ört. (Əllərini aşağı salır.) Sən indiyəcən mənə deməmisən ki, adın
nədir.
Veronika. Veronika.
Jorj. Gözəl fransız adı… (Kürsüdə oturur.) Mən bu kürsüdə
oturmuşdum, sən harasa getmək istəyirdin, polislər də küçələri
ələk-vələk edirdi… Hər şey təkrar olunur. Mən onda necə də gənc
idim!.. (Qulaq asır.) Fit səsi idi?
Veronika. Yox. Səni təqib edirlər.
Jorj. İyirmi yaşımın tamamından sonra məni həmişə təqib
edirlər.

Pauza.

İndi yenə onlardan qaçmışam. Amma çox çəkməz…

353
   348   349   350   351   352   353   354   355   356   357   358