Page 309 - 1-ci cild
P. 309
Æàí Ïîë Ñàðòð

Üçüncü gəliş

Jorj, Sibilo.

Sibilo (əvvəl gəldiyi üçün Jorjun sözlərini eşidir). Nə
danışırsan elə?

Jorj. Məşq edirəm.
Sibilo. Nəyin məşqini?
Jorj. Özüm özümə yalan deyirəm.
Sibilo. Özünə də?
Jorj. Elə ilk növbədə özümə! Sibilo, ölürəm!.. Görürsən,
mən can üstəyəm..
Sibilo. Başa düşmürəm…
Jorj. Jorj de Valera ölür, Nekrasov isə anadan olur…
Sibilo. Sən Nekrasov deyilsən.
Jorj. Lap təpədən-dırnağacan Nekrasovam! Mən Nekrasov
doğulmuşam!
Sibilo. Sən təpədən-dırnağacan dələduzun birisən. Mən bu
işə qarışmasam, özün də məhv olacaqsan, məni də məhv
edəcəksən.
Jorj. Sən bu səfeh dürüstlüyünlə məni cana yığmısan. Sənin
bu düzlüyün ikimizin də boynunu sındıracaq. Yenə nə gəlib
ağlına?
Sibilo. Mən qərara gəlmişəm ki, səni də, özümü də ifşa edim.
Jorj. Nə dedin?
Sibilo. Mən bu gün buna qərar vermişəm!.. İndi də
gəlmişəm, səni xəbərdar edim. Sabah səhər saat on birdə mən
redaktorun qabağında diz çökəcəyəm, hər şeyi də boynuma
alacağam. Sənin qaçıb canını qurtarmağa vaxtın var…
Jorj. Sən dəli olmusan! Perdriyer namizədliyini geri
götürdü. “Suar-a-Pari”nin tirajı iki dəfə çoxalıb. Sənin maaşın
ayda iki yüz ona qalxıb! Bütün bunlardan sonra sən etirafbazlıq
eşqinə düşmüsən?
Sibilo. Bəli!

309
   304   305   306   307   308   309   310   311   312   313   314