Page 305 - 1-ci cild
P. 305
Æàí Ïîë Ñàðòð

Jorj. Baxın, adi, zərərsiz bir şeydir. Ancaq o qədər adidir ki,
istər-istəməz şübhə doğurur.

Pauza.

Bilirsiz, onun içində nə var? Yeddi kilo radioaktiv toz! Bütün
iri şəhərlərin hər birində Sovet İttifaqının çox etibarlı adamları
var, hərəsində də belə bir çamadan! Bəzən görürsən ki, vergi
müfəttişidir, bəzən rəqs müəllimi, bəzən bacatəmizləyəndi, bəzən
də pişik, ya bülbül saxlayan qarımış qarı! Bu çamadanı başqa ça-
madanlarla bir yerdə qoyurlar. Kimin ağlına gələr ki, burda nə
var? Ancaq nəzərdə tutulan anda şifrələnmiş teleqramlarla əmr
veriləcək və bütün çamadanlar açılacaq. Siz təsəvvür edirsiz ki,
nə olacaq? Hər gün azı yüz min qurban!

Hamı.
– A-a-a!..
– O-o-o!..
Jorj. Baxın. (Çamadanı açmaq istəyir.)
Berjera (qışqırır). Açmayın!
Jorj. Qorxmayın. Bu, boşdur. Yaxın gəlin. Baxın, bu, açar,
bu, çamadanın qayışı, bu da əl dəstəyi.

Hamı yaxınlaşıb qorxa-qorxa çamadana baxır.

Berjera. Doğrudan da, açar…
Lerminye. Açar… qayış… əl dəstəyi… Dəhşətdir!
Nersya. Yaramazlar! Alçaqlar!
Berjera. Bir bilsəz, mən onlara necə nifrət edirəm?!
Lerminye. Biz hamımız siçovul kimi öləcəyik? Nə etmək
lazımdır?
Jorj. Xüsusi detektorlar hazırlamaq lazımdır. İrəlidə hələ
bizim bir neçə ayımız var. İndi başa düşürsüz ki, onlarla zarafat
etmək olmaz? Əgər siz buradakı yeddi əməkdaşı işdən qovsaz,
hamı fikirləşəcək ki, görəsən, bu nə məsələdir belə?
Şarivye. Ancaq onların adını deyin!

305
   300   301   302   303   304   305   306   307   308   309   310