Page 299 - 1-ci cild
P. 299
Æàí Ïîë Ñàðòð

Jorj. Baran?
Jül. Aha!
Baran (Jorja yaxınlaşaraq). Tanış olmağımıza çox şadam!
Jorj. Mən də çox şadam…
Baran (həyəcanla). Necə?
Jorj. Deyirəm ki, mən də tanış olmağımıza çox şadam.
Baran (gülür). Deyəsən, çaşdız!..
Jorj. Yox.
Baran. Siz demək istəyirdiz ki, güllələnsin!
Jorj. Mən nə demək istədiyimi dedim.
Baran (çox həyəcanlı). Baran! Mənim familim Barandır!
Baran! Ba-ran!..
Jül. Qoyun mən hərf-hərf deyim: B – Bernar, A – Alfons…
Jorj. Nahaq yerə əziyyət çəkirsiz. Bolşeviklərin güllələməyə
məhkum etdiyi adamların siyahısında cənab Baranın adı yoxdur.
Baran. Yəqin, sizin yadınızdan çıxıb.
Jorj. Mən heç vaxt heç nəyi yaddan çıxarmıram!
Baran. Onda bəs onlar məni niyə güllələmək istəmirlər?
Jorj. Bilmirəm.
Baran (hiddətlə). Bu, biabırçılıqdır! Mən sizi tanımıram! Siz
məni təhqir edirsiz! İzahat da vermirsiz! Mən tələb edirəm!..
Jorj. Mən bu qara siyahını İnformasiya Nazirliyindən
götürmüşdüm. Orada heç bir izahat yox idi!
Nersya. Əziz cənab Baran!
Baran. Cənablar, bu, yersiz zarafatdır!
Jorj. Sovet naziri heç vaxt zarafat etmir!
Baran. Cənab Nekrasova başa salın ki, bolşeviklər məni
mütləq güllələməlidirlər! Mən dörd səhmdar cəmiyyətin
sədriyəm! Mən öz həyatımla sübut etmişəm ki…

Pauza.

Siz niyə susursuz?

299
   294   295   296   297   298   299   300   301   302   303   304