Page 295 - 1-ci cild
P. 295
Æàí Ïîë Ñàðòð

Telefon zəng çalır.

Jorj (dəstəyi qaldıraraq). Alo!.. Salam, cənab nazir! Bəli,
əlbəttə, siz bilirsiz ki, bu kampaniya mənim ürəyimcədi!.. Bəli,
bəli!.. Sizdən xahiş edirəm, bir neçə saat gözləyin… Bəli!.. Çox
mühüm xəbər var!.. Çox mühüm!.. Telefonla deyə bilmərəm...

Pauza.

Lənət şeytana! Dəstəyi asdı…
Jül (istehza ilə). Görürəm, sizin üçün çox vacibdi ki, mən
əsl Nekrasov olum!..
Jorj. Təəssüf ki, belədi…
Jül. Onda mən əsl Nekrasov oluram.
Jorj. Necə?
Jül. Qulaq asın, Jül! Eşitdiz ki, nazir sizə nə dedi? Əgər mən
Nekrasov deyiləmsə, siz də daha Paloten deyilsiz! Deyin görüm,
siz Palotensiz?
Jorj. Hə.
Jül. Onda mən də Nekrasovam.
Sibilo (özünə gələrək). O, yalan deyir, cənab Paloten!
Jül (Sibilonun üstünə cumaraq). Axmaq! Əlindən bir iş
gəlməyən idiot! Sən niyə burnunu soxursan? O, Nekrasovdur! O,
bunu sübut etdi!
Sibilo. Sübut etdi?
Jül. Bəli, sübut etdi! İtil burdan (Sibilonu itələyir.)

Üçüncü gəliş

Jorj, Jül.

Jorj. İşə başlayaq.
Jül. Siz hər şeyi bilirsiz?
Jorj. “Hər şeyi”, yəni nəyi?

295
   290   291   292   293   294   295   296   297   298   299   300