Page 281 - 1-ci cild
P. 281
Æàí Ïîë Ñàðòð

Pauza.

Əgər mən sizə desəm ki, polisin təqibindən intihar etmək
istəyirdim…

Sibilo. Məni mərhəmətli etməyə çalışmayın!..
Jorj. Çox yaxşı. Onda cibimdən bir həb çıxarıb içsəm, mey-
itim də sizin ayaqlarınızın altına sərilsə, nə deyərsiz?
Sibilo. Deyərəm ki, cinayətkar layiq olduğu cəzanı aldı.
Jorj. O saat görünür ki, siz yanlış ideyalardan uzaqsız!
“Cinayətkarlığı sosial şərait yaradır” deyənlərdən!..
Sibilo. Cinayətkar – cinayətkardır!
Jorj. Əla!.. Ah, mənim bəxtsiz uşaqlığım!.. Mən bu barədə
danışıb sizi həyəcanlandırmağa cürət etmirəm. Nə fərqi var ki,
mən Birinci Dünya müharibəsinin qurbanıyam?.. Ya rus
inqilabının?.. Ya da kapitalizmin?..
Sibilo. Başqa cür qurbanlar da var. Misal üçün, mən. Ancaq
mən oğru deyiləm.
Jorj. Sizin bütün suallara cavabınız var. Sizin əqidəniz
dönməzdir!
Sibilo. Bəsdir! Bu boş sözlərə qulaq asmağa vaxtım yoxdur.
Hələ ki polis gəlməyib, keçin o biri otağa.
Jorj. Bircə kəlmə, sonra gedirəm. Siz dürüst adamsız, mən
isə dələduzam. Ancaq biz sizinlə bir nöqtədə birləşirik. İkimiz də
kommunizmi ittiham edirik. İkimiz də şəxsi mülkiyyətə hörmətlə
yanaşırıq.
Sibilo. Siz şəxsi mülkiyyətə hörmət edirsiz?
Jorj. Necə hörmət etməyə bilərəm? Mən şəxsi mülkiyyətlə
yaşayıram də!.. Bilirəm, nə cavab verəcəksiz… Əlbəttə, mən
zaman-zaman… kapitalların… yerini dəyişmişəm… Ancaq nə
olsun? Bu, hətta qayda-qanunun saxlanmasına kömək edir. Əgər
oğrular olmasaydı, polisin mövcudluğuna bəraət qazandırmaq
olardımı? Sizin qızınız məni xilas etmək istəyirdi, siz isə məni
həbs etdirirsiz… Ancaq inanın, siz mənə qat-qat yaxınsız. İndi
isə, icazə verin, əməli nəticələrə keçək. Mən tam əminəm ki, biz
sizinlə bir yerdə çalışmalıyıq.

281
   276   277   278   279   280   281   282   283   284   285   286