Page 271 - 1-ci cild
P. 271
Æàí Ïîë Ñàðòð

(Yenidən əyləşir.) Əgər sizi narahat etmirsə, mən atanızı elə
burda gözləyərəm.

Veronika. Mənim bir narahatlığım yoxdu, ancaq
getməliyəm. Mən sizi burda tək də qoya bilərəm. Amma yenə
soruşmaq istəyirəm, bura niyə gəlmisiz?

Jorj. Əlbəttə, soruşun…

Pauza.

Çünki…
Veronika. Hə?
Jorj (ayağını yerə döyə-döyə asqırır). Çünki soyuqlamışam.
Bu da mənim baş tutmayan proyektimin nəticəsidir!..
Veronika. Onda alın bunu, cib dəsmalıdı.
Jorj. Mən əllərimi aşağı sala bilmirəm.
Veronika. Nədi, iflic olmusuz?
Jorj. Yox. Mən əllərimi aşağı salsam, siz polis çağırarsız, ya
da mizin yeşiyindən tapança çıxararsız.
Veronika. Bəlkə, istəyirsiz ki, mən əllərimi yuxarı qaldırım?
(Əllərini yuxarı qaldırır.) Sizinçün belə rahatdı?
Jorj (yavaş-yavaş əllərini aşağı salaraq). Yaxşı…
Veronika. İndi mənə cavab verə bilərsiz?
Jorj. Nə cavab?
Veronika. Bir saatdır sizdən soruşuram, bura nə üçün
gəlmisiz?
Jorj. Bura nə üçün gəlmişəm? Səbəb çox sadədir. Ancaq
zəhmət olmasa, əllərinizi aşağı salın.

Veronika əllərini aşağı salır.

Bax, belə!
Veronika. Eşidirəm sizi.
Jorj. Heyif ki, atanız evdə deyil. Mən qadınlara pərəstiş
edirəm, eşq elan etməyi çox sevirəm, ancaq onlara izahat
verməklə aram yoxdur.

271
   266   267   268   269   270   271   272   273   274   275   276