Page 267 - 1-ci cild
P. 267
Æàí Ïîë Ñàðòð

qabliyyətinizi inkar etmir… Mən dünən idarə heyətində də dedim
ki, siz obyektiv məlumatların Napoleonusuz. Ancaq sizdə qəzəb,
hiddət çatışmır! Perdriyerin öz namizədliyini geri götürməyinə
nail olun! Mükəmməl bir kampaniya başlayın. Öz oxucularınızın
sülh xülyalarını alt-üst edin! Onlara sübut edin ki, indi Fransanın
mövcud olub-olmaması alman ordusunun gücündən, Amerikanın
hegemonluğundan asılıdır. Qoy həyat onlar üçün ölümdən də
qorxulu olsun!

Jül (Fifiyə). Tez Sibilonu çağırın!
Fifi (telefonun dəstəyini qaldıraraq). Sibilo! Tez gəlin!
Baran. Sabah səhər saat onda idarə heyəti təzədən yığılacaq.
O vaxta qədər siz öz təkliflərinizi bizə təqdim etsəz, pis olmaz.
(Qalxır.) Məni ötürmək lazım deyil. (Gedir.)
Jül (otaqda var-gəl edə-edə). Görüm siz hamınız!..

Altıncı gəliş

Jül, Fifi, Sibilo.

Jül. Yaxın gəl.
Sibilo. Cənab Paloten, mən istəyirəm, sizə təşəkkür edim.
Jül. Sonra eləyərsən!
Sibilo. Ağlıma da gəlməzdi ki, siz mənim xahişimi belə tez
yerinə yetirəcəksiz. Yox, səhv etmişəm. Mən bundan sonra insan-
lara inanıram.
Jül. Nahaq yerə! Sən bizim qəzetdə heç nəyə yaramırsan!
Sən beşinci səhifəni ətalətin içində batırmısan!
Sibilo. Axı, cənab Paloten …
Jül. İkisindən biridir: sən ya qırmızılara satılmısan, ya da
daha əlindən heç nə gəlmir, başa düşürsən, heç nə!
Sibilo. And olsun Allaha ki, belə deyil…
Jül. Sübut elə!
Sibilo. Axı necə?
Jül. Sabah mən Kommunist Partiyasının əleyhinə kam-

267
   262   263   264   265   266   267   268   269   270   271   272