Page 255 - 1-ci cild
P. 255
Æàí Ïîë Ñàðòð

İrma. Yox.
Hoble (polislərə). Necə bilirsiz, o batıb?
Polis. Güman etmirəm…
Hoble. Mən də güman etmirəm!.. O, qartaldır! Qartal son
nəfəsinə qədər təslim olmur. (Çayın kənarında əyləşir.) Oturun,
uşaqlar… Oturun, oturun! Bu pis gün təkcə mənim deyil,
hamımızındı…

Polislər əyləşir.

Gəlin təskinliyi təbiətin gözəlliyində tapaq. Aya bir bax!..
Böyük Ayı bürcünü görürsüz? Odur, o da Kiçik Ayı bürcü. Belə
gecədə onu tutmaq, əlbəttə, gözəl olardı…

Polis. Yenə aradan çıxa bildi…
Hoble. Rəisə dedim ki, sizə açığını söyləmək lazımdı – biz
onu tuta bilməyəcəyik. Mən adi bir adamam, bundan da
utanmıram. Adi adamlar – torpağın duzudu. Mənə adi bir qatil
deyin, onu o saat tutub gətirim. Adi adamlar bir-birini başa düşür.
Ancaq belə bir fırıldaqçını mən necə tutum? O, dünyamiqyaslı
bir dələduzdur. Yüz iki cinayət törədib – bir dəfə də
yaxalanmayıb. Mən nə edə bilərəm? Qarşımdakı dahi olanda
özümü itirirəm. Dahi – mənlik deyil... (Aşağı əyilir.) Bu nədi belə?
(Jorjun şalvarını sudan çıxarır.) Onun şalvarıdı!
Polis. Yəqin, suda çıxarıb ki, yaxşı batsın…
Hoble. Xeyir! Şalvar suyun üzündəydi…

Jorj yavaş-yavaş əkilir.

Dayanın görüm… O, burda soyunub. Deməli, əyninə nəsə
başqa şey geyinib… Dayan! (Jorj dayanan yerə tərəf dönür.)
Tutun onu, tutun!

Polislər qaçırlar.
Rober. İrma…

255
   250   251   252   253   254   255   256   257   258   259   260