Page 249 - 1-ci cild
P. 249
Æàí Ïîë Ñàðòð

Yaxşı, kifayətdi! Gedirəm özümü çaya atım. Sağ olun.
İrma və Rober. Sağ olun.
Jorj (təzədən geri qayıdır). Amma söz verin ki…
Rober. Nə söz?
Jorj. …daha mənə xilasedici kəndir atmayacaqsız.
Rober. Tamam arxayın ola bilərsiz. Tövbə! İstəyirsiz, and
içim!?
Jorj. Hətta üzməyə başlasam da?
Rober. Yerimizdən də tərpənməyəcəyik.
Jorj. Bəs sizi köməyə çağırsam?
Rober. Onda biz də başlayarıq bir mahnı oxumağa ki,
səsinizi eşitməyək.
Jorj. Bax bu oldu əla! (Yerindən tərpənmir.) Amma gör mən
nə qədər vaxt itirdim. Artıq on dəqiqə əvvəldən o dünyada ola
bilərdim…
Rober (çəkinə-çəkinə). On dəqiqə nədir ki…
İrma. Qarşıda sizi əbədiyyət gözləyir…
Jorj. Gərək mənim yerimdə siz olaydız!.. Əbədiyyət mənim
qarşımda idi, amma mən ona çata bilmədim. Sizə görə, sizə!
Rober. Ancaq o əbədiyyət çox uzağa getməyib…
Jorj (çayı göstərərək). Budu, qarşımızdadır! Ancaq məsələ
bundadı ki, ona necə qovuşasan? Hər gün belə təsadüf olmur axı
– birdən-birə tamam zinhara gələsən, elə həmin anda da körpünün
üstündə olasan. Xoşbəxt bir təsadüf! Amma indi körpünün
üstündə deyiləm… Düzdü, hər şey elə əvvəlki kimidi!.. Gərək
özünü çaya atasan!
Rober (tələsik). Biz sizi ləngitmək istəməzdik…
İrma (tələsik). Bəlkə, biz tərəfdən bir az yaxşı çıxmır,
amma…
Rober (tələsik). Bizimçün çox maraqlıdı ki, siz nə səbəbə…
İrma (tələsik). Bilirsiz, biz tez-tez görürük ki, adamlar
özlərini çaya atır…
Rober (tələsik). Ancaq onlarla həmişə danışa bilmirik…
Jorj. Batın, ey ulduzlar! Ey səma, o miskin Aydı-nədi, onu
yığışdır ordan! Ən azı iki Günəş lazımdı ki, insan qanmazlığının

249
   244   245   246   247   248   249   250   251   252   253   254