Page 245 - 1-ci cild
P. 245
Æàí Ïîë Ñàðòð

Rober. Belə şeylər xoşuma gəlmir də!
İrma. Necə şeylər?
Rober. Görmürsən?.. Üzür!
İrma. Səninki gətirmir də...
Rober. Əlvida, mənim pencəyim! (İrmaya.) Sən bilirsən ki,
mən həmişə onların batmağını gözləyirəm. Ancaq mərc gəlirəm
ki, körpüdən keçən elə birinci adam o pencəyi götürəcək.
(Körpüyə yaxınlaşaraq xilasedici kəndiri açır.)
İrma. Sən nə edirsən, Rober?
Rober. Kəndiri açıram.
İrma. Niyə?
Rober. Ona atacağam.
İrma. Niyə?
Rober. Görmürsən, üzür?
İrma. Qoy bununla xilasedicilər məşğul olsun. (Sahilin
kənarına yaxınlaşır.) Bir də ki… daha gecdir. O batdı.
Rober (baxır). Belə də iş olar?! (Uzanır.)
İrma. Bəs pencək? Sən pencəkçün getməyəcəksən?
Rober. Nəsə, işləməyə həvəsim qaçdı. Budu, yenə biri
öldü… Niyə? Çünki heç kim ona kömək əlini uzatmadı... Elə mən
özüm… Əgər kimsə mənə kömək əlini uzatsaydı… (Əsnəyir.)
İrma. Tez, Rober, tez!
Rober. Əl çək məndən!.. Yatmaq istəyirəm!..
İrma. Tez elə! Tez! Aç, aç kəndiri!.. O, yenə suyun üzünə
qalxdı!.. Üzür!.. (Roberi qaldırmağa çalışır.) Əclaf, sən qoya-
caqsan ki, o batsın?!
Rober (əsnəyə-əsnəyə qalxır). Gəl indi bundan sonra
arvadları başa düş də!.. (Kəndiri açıb çaya atır.)
İrma (hirslə). Buna bir bax e!.. Rober, görürsən, istəmir!..
Kəndiri tutmaq istəmir…
Rober (kəndiri yığa-yığa). Bütün arvadlar bir-birinin tayıdı!
Adam indicə özünü suya atıb, amma sən istəyirsən ki, o saat
kəndirdən yapışsın, özünü xilas etsin? Bəs şərəf?! Bəs
məğrurluq?! Sən heç anlayırsanmı, kişi məğrurluğu nə deməkdir?
(Kəndiri təzədən suya atır.)

245
   240   241   242   243   244   245   246   247   248   249   250