Page 215 - 1-ci cild
P. 215
Ëóèúè Ïèðàíäåëëî

Pirandello varlı burjua ailəsində anadan olmuşdu, ancaq
pyesləri, xüsusən 1920-ci illərdə yazdığı əsərlər sadə xalq həyatı-
nın yüksək bədii-estetik səviyyəli inikasını vermək bacarığına
görə dünya şöhrəti qazanmışdı və o, həmin sadə insanların daxili
aləmlərindəki mənəvi-psixoloji dərinliklərə vardığı üçün bu daxili
aləmin geniş və dolğun ictimai-fəlsəfi mündəricəsini təqdim edə
bilmişdı.

Mənəvi aləmin mündəricəsi baxımından onun üçün “kiçik
insan” və “böyük insan” təsnifatı yoxdur, xislət var və o, pyeslə-
rində bu xisləti təhlil edir, onun dramaturgiyası qazanc, var-
dövlət hərisliyi, pul qazanmaq üçün min bir şeytan oyunundan
çıxmağın cəmiyyəti hansı eybəcər vəziyyətə saldığını çox parlaq
nümayiş etdirir.

Ancaq şəxsiyyət və sənətkar mövzusu (şəxsiyyət ilə sənətkar
eynidir, yoxsa onları bir-birindən ayırmaq lazımdır?) baxımından
bu da Pirandello bioqrafiyasında, məncə, maraqlı bir faktdır ki,
XX əsrin başlanğıcında onun ailəsi maliyyə böhranı keçirib
müflisləşəndə Pirandello intihar etmək istəyib (!), arvadı isə o
qədər sarsılıb ki, onda psixoloji problemlər yaranıb və ömrünün
sonuna qədər ruhi xəstəxanada yaşayıb.

Bu dəfə bir insan kimi Luici Pirandellonun özünün timsalında
xislətin nə qədər mürəkkəb və ziddiyyətli olduğunu görürük – o,
bir tərəfdən, böyük yazıçı kimi var-dövlət hərisliyini xislətin
murdar bir cəhəti kimi təqdim edir, o biri tərəfdən isə şəxsən özü
müflis olduqları üçün intihar etmək istəyir, sevimli arvadı isə
(indiki halda mənəvi müttəfiqi!) ömürlük ruhi xəstəxanaya düşür.

“Axmaq”ı mən 1970-ci illərin əvvəllərində tərcümə etmişəm
və deyə bilmərəm ki, bu pyes Pirandellonun ən məşhur əsərləri
sırasındadır, ancaq hər halda, güman edirəm ki, bu əsər onun
yaradıcılığı haqqında müəyyən təsəvvür yaradır.

9 yanvar 2017-ci il

215
   210   211   212   213   214   215   216   217   218   219   220