Page 205 - 1-ci cild
P. 205
Áåðíàðä Øîó

pul isə hər şeydir, onun kəşflərinə görə milyonlar qazandılar.
Arvadına isə cəmi dörd yüz funt qoyub bu dünyadan getdi. Çox
qayğıkeş arvad idi, mənə analıq etmişdi. Dörd yüz funt bu qadının
yaşamağı üçün gündə bir şillinqdən artıq xərcləməyə imkan
vermirdi, bu da saatda bir piastrdan da az edir.

Epifaniya. Baxın, bir xəyalpərəstlə evlənmək görün nəyə
gətirib çıxarır. Görürəm, siz xahiş etmək istəyirsiz ki, mən o dul
qadına kömək edim. Yadınızda saxlayın, o cür pulsuz dul qadınlar
məni boğaza yığıb. Əgər onların hamısını çiynimə mindirsəm,
özüm də onların gününə düşərəm.

Həkim. Qorxmayın. Adil və mərhəmətli Allah özü o qadının
dualarını eşitdi. Qulaq asın. Bir dəfə iş elə gətirdi ki, mən baş
naziri müalicə etməli oldum. Vasvası adam idi, başına girmişdi
ki, guya xəstədir. Mən onun yanına gedib dedim ki, həmin qadına
krallığın pensiyası verilsə, Allaha xoş gələr. Qadın o pensiyanı
aldı – ildə yüz funt. Bundan sonra mən müəllimimin kəşflərini
qazanc mənbəyinə çevirmiş metallurgiya şirkətinə getdim, dedim
ki, o qadının bu cür kasıbçılığı sizi Allahın qarşısında xəcil edir.
Onlar da əliaçıqlıq etdilər, ildə o qadına üç yüz funt gəlir gətirən
xüsusi aksiyalar təsis etdilər. Elə bilirdilər ki, yaxşı bir həyat
sürəcək. Allah böyük və qadirdir! Qadının həddən artıq qayğıları,
borcları var idi. Düzdü, Allah hamıya təsir etmişdi, dükançılar
onu tələsdirmirdilər ki, borcu qaytarsın, həkimlər, vəkillər ondan
pul almırdılar, ancaq Allah Britaniya Xəzinədarlığına təsir edə
bilmirdi, onun o cüzi gəlirlərindən də vergi alırdılar. Bir sözlə, o
qayğıkeş qadının yüz əlli funt borcu yarandı. Allahın buyruğu ilə
sizə yaxşı məlum olan bu məbləğ mənə yetişəndə ürəyim elə bir
sevinclə doldu ki, bütün ömrüm boyu pula belə sevinməmişdim.
Allah adil və mərhəmətlidir! Allahın köməkliyi ilə o qadının
borcu silindi. İndi isə sizin hüzurunuza əlli min funtla gəlmək
əvəzinə, hotelinizdə qalmağıma, yeməyimə görə borcun
içindəyəm, Allahın verdiyi hər günü də nigaranlıq içində

205
   200   201   202   203   204   205   206   207   208   209   210