Page 201 - 1-ci cild
P. 201
Áåðíàðä Øîó

oğurladığı üçün, Patrisiya Smitlə bağlı məhkəməyə şikayət
hazırlayın. İyirmi min funt da təzminat tələb edin.

Patrisiya. Bəyəm belə şey mümkündür, mister Segemor?
Segemor. Qorxuram ki, mümkün olsun, miss Smit. Bəli,
mümkündür.
Patrisiya. Qoy olsun. Mənim sevimli qoca atam deyirdi ki,
çoxlu pulu olan adamdan məhkəmədə təzminat almağın yeganə
vasitəsi o təzminatdan əl çəkməkdi. Ancaq siz də məndən iyirmi
min funt ala bilməyəcəksiz. Əslində, mən istəyirəm məhkəmə
olsun! Qoy bütün aləm bilsin ki, mən İngiltərənin ən yaxşı, ən
sevimli kişisini bu ölkənin ən varlı qadınının əlindən almağı
bacarmışam.
Epifaniya. Sizin atanıza lənət olsun!

Elester bərkdən gülür.

Elester. Ha-ha-ha!.. 1:0 bizim xeyrimizə, Eppi! (Patri-siyanı
öpür.)

Segemor (gülümsəyərək). Missis Fisfesenden, qorxuram ki,
sonuncu gülən qoca mister Smitdir. Heç nə olmayan yerdə nəsə
götürmək mümkün deyil.

Epifaniya. Yox, mən daha buna dözə bilmirəm. Mən bu cür
vulqar bataqlığa girib boğula bilmərəm. Tənha yaşayıb, göylərin
mənim üçün yaratdığı kişini, həyatımın yolçusunu tapanacan
özümü saxlayacağam. O kişini ki, ən uca mərtəbədə mənim
yanımda dayansın, ancaq bununla bərabər, başını itirməsin.
Hardasa bir beləsi var axı!

Həkim qapının ağzında görünür.

Həkim. İşlər müdiri dedi ki, məni istəyiblər. Kim istəyib?
Epifaniya. Mən. Bura gəlin.

201
   196   197   198   199   200   201   202   203   204   205   206