Page 197 - 1-ci cild
P. 197
Áåðíàðä Øîó
burnunun qabağında şaqqıldatsan, bir nəfər də imtina edən olmaz.

Segemor. O, iki min beş yüz funt tələb edir…

Epifaniya eşitdiyinə heyrətlənib ayağa qalxır.

Epifaniya. İki min beş… (Nəfəsi kəsilir.)
Edrien. Bircə pens də əskik ola bilməz!
Epifaniya Segemorun yanından ötüb divana tərəf gedir.

Epifaniya. Edrien, gözəl oğlan, mən səni layiqincə
qiymətləndirməmişəm. Sizin həyasızlığınız, hiyləgərliyiniz,
tərsliyiniz mənim xoşuma gəlir. Mən alaçiy bir adamı pilləkəndən
aşağı tullamışdım, mənim sürücüm isə heyrə-tamiz dərəcədə
murdarın birini o pilləkənin aşağısından qaldırıb.

Edrien (qeyzə gələrək). Beş min, eşidirsiz, Segemor, beş
min!

Segemor. Xahiş edirəm! Lütfən, özünüzü ələ alın!
Edrien. Siz özünüzü ələ alın! O bəyəm sizi ömürlük əlil
edib? Başınızı bu günə salıb? Sizi “heyrətamiz dərəcədə murdar”
adlandırıb?
Segemor. Hələ ki yox. Ancaq istənilən an adlandıra bilər.

Epifaniya vəcdə gələrək Segemoru qucaqlayır.

Epifaniya. Ha-ha-ha!.. Sağ olun, Segemor! Mənim əzizim!
Bəlkə, ona iki min yarım verim, ancaq bu şərtlə ki, yarım ilə bunu
bir milyona çevirsin, hə?

Edrien. Mən o pulla nə istəsəm, onu da edəcəyəm. Mən o
pulu sizdən şərtsiz-filansız alacağam.

Segemor nəzakətlə Epifaniyadan aralanır.

Segemor. Mister Blenderblend, əgər məhkəməyə müraciət
etsəz ki, sizi “heyrətamiz dərəcədə murdar” adlandırıblar – böyük

197
   192   193   194   195   196   197   198   199   200   201   202