Page 185 - 1-ci cild
P. 185
Áåðíàðä Øîó

qadın hər şeyi öz əlinə aldı, işə elə başladı ki, biz bunu bacara
bilməzdik. O, bizə qarşı rəhmsiz idi, ancaq dedikləri həmişə düz
çıxırdı.

Patrisiya. Rəhmsiz idi? Sizin üçün yaxşı qab-qacaq gətirir
– bunun nəyi rəhmsizlikdi?

İşlər müdiri. Məsələ, əlbəttə, qab-qacaqda deyil. Bu, kiçik,
boş bir şeydi. Bizim əvvəlki qab-qacağımızı elə doğrudan da
sındırıb zibil yeşiyinə atmaq lazım idi. O qalın boşqablar
qonaqların iştahasını küsdürürdü. Məsələ bunda idi ki, “Donuz
və düdük” həyatda işlərini görüb qurtarmış, yeniliklərə
uyuşmamış qocalar üçün yeganə bir məskənə çevrilmişdi. Bu
mehmanxanasız onlara ancaq o qalırdı ki, bir-iki gün küçələri
dolaşsınlar, sonra da qocalar evinə yollansınlar. Bizim burda bir
barımız var idi, orda ancaq mənim valideyinlərim xidmət edirdi.
Anam orda özünü cavan qız bilirdi, yazıq ağlına da gətirmirdi ki,
onun toyundan sonra dünya xeyli yaşlaşıb. Qabyuyan qadın
mənim valideynlərimə özlərini göstərdi. Bu, onları məhv etdi,
ancaq həqiqət o qadının tərəfində idi, mən bunu inkar edə bil-
mərəm. Atam məğlubiyyəti ilə barışdı, girov qoyduğu torpaq
hesabına birtəhər dolandı, ancaq faizlər onu divara dirədi. Elə
buna bənd imiş kimi, qabyuyan qadın girov pulunun hamısını
ödədi, biz hamımız da keçdik onun ixtiyarına. Özü də
valideynlərimə dedi ki, siz torpağı satıb, istirahətlə məş-ğul
olmalısız, çünki siz daha heç nə edə bilməyəcəksiz.

Patrisiya. Yaşlı adamları bu cür çölə atasan! Dəhşətdir!
İşlər müdiri. Hə, bizimçün ağır oldu, ancaq nə oldusa da,
düz oldu. Biz əgər bu təsərrüfatla özümüz məşğul olsaydıq, tez,
ya gec, hər şey məhv olacaqdı. İş işdi, burda duyğusallığa yer
yoxdu. Bir də ki, özünüz fikirləşin, görün o, bizə nə qədər yaxşılıq
edib. Anamla atam heç vaxt torpağı onun verdiyi qədər pula sata
bilməzdilər. Ya da elə məni götürün. Mən bu mehmanxanaya görə
utanırdım, bilirdim ki, buranın axırı yoxdu, yalnız valideynlərimin
xətrinə “Donuz”da qalırdım. İndi isə bizim hotel bütün bu yerlərə
ancaq şərəf gətirir. Nə qədər insanı işə götürmüşük, “Donuz”un

185
   180   181   182   183   184   185   186   187   188   189   190