Page 179 - 1-ci cild
P. 179
Áåðíàðä Øîó

Epifaniya. Qudinaf növbəti dəfə gələndə ona tapşırın,
Boltona desin ki, yük maşınını on dörd funta almaq istəyən adam
tapıb. Bunu da deyin ki, Boltonu həmin qiymətə razı sala bilsə,
bir funt da ona, yəni Qudinafa verəcəksiz. Həm də onu daha artıq
məvaciblə əvvəlki işinə götürəcəksiz. O, topdansatışla məşğul
olanları tanıyır. Mister Syuperfluya isə heç bir ehtiyac yoxdur.
Biz öz malımızı – tər tökə-tökə işləyənlərin malını özümüz
daşıyacağıq.

Kişi. Tər tökə-tökə işləyənlərin? Siz kimi nəzərdə tutursuz?
Epifaniya. Ey insan, özün özünü tanı! Siz özünüz də tər
tökürsüz, arvadınızın, işçilərinizin də sıxıb tərini tökürsünüz. Siz
öz tərinizin hesabına yaşayırsız.
Kişi. Axı mən insanlara iş verirəm. Başqaları nə qədər pul
verirsə, mən də o qədər verirəm. Yoxsa onlar məhv olarlar.
Epifaniya. Siz, deyəsən, belə şeylərə çox həssassız. Ancaq
mən – yox. Mən mister Syuperflu ilə xudahafizləşirəm. İndi
Timoti Qudinafın mən sıxıb tərini çıxaracağam, mister Syuperflu
yox.
Kişi. Bir dəqiqə dayanın. Bura kimin emalatxanasıdı:
mənim, yoxsa sizin?
Epifaniya. Bunu sonraya saxlayaq. Nə deyirsiz, yük
maşınını alırsız, ya yox?
Kişi. Bir elə pul hardadı?
Epifaniya. Hardadı? Bankda.
Kişi. Axı əvvəlcə gərək banka pul qoyasan, elə deyil?
Epifaniya. Yox, elə deyil. Banka o qədər pul qoyan var ki!..
Bank baxıb görsə ki, siz öz işinizi genişləndirə bilərsiz, borc pul
verəcək.
Qadın (dəhşət içində). Co, banka pul qoyma. Banklardan
bizim kimilər üçün yaxşı bir şey gözləmə. Bunun sözlərinə fikir
vermə, Co.
Epifaniya (qadına). Sizin axırıncı dəfə nə zaman istirahət
gününüz olub?

179
   174   175   176   177   178   179   180   181   182   183   184