Page 167 - 1-ci cild
P. 167
Áåðíàðä Øîó

istəmirsiz ki, o mənasız işinizi yaddan çıxarıb, bir gününüzü şəhər
kənarında yaraşıqlı bir qadınla keçirəsiz?

Həkim. Xəstə olmayan qadınlar məni maraqlandırmır,
diqqətimi də cəlb etmir. Çünki mənim onların daxilləri barədə də,
zahirləri barədə də həddən artıq məlumatım var. Siz isə tamam
sağlamsız.

Epifaniya. Yalançı! Tamam sağlam adam olmayıb, yoxdu
və olmayacaq.

Epifaniya təkəbbürlə əvvəlki yerində oturur.

Həkim. Düzdü… Belə baxanda, siz heç də yelbeyin qadın
deyilsiz.

Həkim də Epifaniya ilə üzbəüz oturur.

Yadıma gəlir, cavan vaxtlarımda, karyeramın başlanğıcında
bir neçə xəstə öldürdüm. Əməliyyat zamanı o qədər kəsib-
doğramaq lazımdır ki, yalnız sağlam əzələ toxumaları qalsın –
bax məni belə öyrətmişdilər. Ancaq bu cür əzələ toxumaları
olmadığı üçün xəstələri az qala tikə-tikə doğ-rayacaqdım, yaxşı
ki, şəfqət bacısı məni dayandırdı. Buna görə də onlar əməliyyat
zamanı yox, xəstəxanadan çıxandan sonra öldülər. Ancaq
əməliyyatdan sağ çıxıblarsa, fikirləşirdim ki, hər şey uğurlu
alınıb… Siz ərdəsiz?

Epifaniya. Hə. Ancaq siz ehtiyat etməyin. Ərim mənə açıq-
aşkar xəyanət edir, ona görə də əgər pərəstişkarım olsanız, sizi
məhkəməyə verə bilməz. Əgər lazım olsa, mən sadəcə ondan
boşanaram.

Həkim. Bəs o pilləkəndən aşırdığınız kim idi? Sizin
pərəstişkarınız idi?

Epifaniya. Yox. Buranın yeməyi xoşuna gəlmədiyi üçün
mənim atamın ruhunu təhqir etdi. Mən isə atamı xatırlayanda adi
insanlar gözümə zibil kimi görünür. Siz isə qeyri-adi adamsız.

167
   162   163   164   165   166   167   168   169   170   171   172