Page 157 - 1-ci cild
P. 157
Áåðíàðä Øîó

Patrisiya. İnsanı xoşbəxt etmək istedadı. Onu pul axtarıb-
tapır, məni isə bədbəxt insanlar.

Segemor (başını yelləyərək). İnanmıram ki, sizin iradəniz
onunkundan güclü olsun, miss Smit.

Patrisiya. Mən ki bunu demirəm, mister Segemor. Mənim,
ümumiyyətlə, heç bir iradəm yoxdu. Ancaq buna baxmayaraq,
mən həmişə istədiyimə nail oluram. Siz bunu görəcəksiniz.

Elester (səhnə arxasından). Polli, gedək!
Patrisiya. Gəlirəm, əzizim. (Segemora.) Sağ olun, mister
Segemor.

Tələsik Segemorun əlini sıxaraq gedir.

Segemor (öz-özünə). Yaşayarıq, görərik. (Yarımçıq qalmış
hansısa işi ilə məşğul olur.)

İKİNCİ PƏRDƏ

Çayın kənarında qədim bir mehmanxananın cansıxıcı
qəhvəxanası. Səhnənin arxa divarında qırmızı taxtadan
düzəldilmiş yaraşıqsız və çirkli bir bufet. Bufetin yuxarısında
divardan illər boyu, az qala, tamam qaralmış iki lövhə asılıb:
birində yerli lendlordun gerbi, o birində arxa ayaqları üstə qalxıb
flajolet çalan donuz təsvir olunub. Donuzdan aşağıda “Donuz və
düdük” yazılıb. Bu iki sənət nümunəsi-nin arasındakı şüşə vitrində
nəhəng bir balığın ən azı yüz yaşı olan müqəvvası asılıb.

Bufetin hər iki tərəfində on iki nəfərlik uzun miz dayanıb.
Bir-birinə pərçim edilmiş stullar oturmaq üçün rahat deyil.
Mizlərin üstünə ucuz mətbəx çəngəl-bıçaqları düzü-lüb. Süfrələr
o qədər də təmiz deyil. Divarlara Viktorian dövrünün kağızları
çəkilib. Döşəməyə xalça salınmayıb. Bir sözlə, köhnə, kasıb və
səliqəsiz bir qəhvəxanadır.

Qapının ağzındakı asılqanda mister Edrien Blender-blendin
şlyapası və plaşı asılıb. O özü isə Epifaniya ilə bir-likdə mizlərdən

157
   152   153   154   155   156   157   158   159   160   161   162