Page 151 - 1-ci cild
P. 151
Áåðíàðä Øîó

Segemor. Ancaq on dəqiqə bundan qabaq mən təklif edəndə
ki, boşanasız, soruşduz ki, ərim nəyin hesabına yaşayacaq? O əlli
minin axırı necə oldu?

Epifaniya. Üç həftənin içində onların axırına çıxdı. Həmin
pula sirk aldı. Başına girmişdi ki, əlini nəyə vursa, qızıla
çevriləcək. Bir aydan sonra onun sirkini hərracda satdırdım. Az
qalmışdı, vəhşi heyvanları çölə buraxıb özü qaçsın. Yaxşı ki,
vaxtında işə qarışdım. Bu, mənə dörd yüz otuz funt altmış şillinq
yeddi pensə başa gəldi.

Elester. Mənim təqsirim nə idi? Fil qrip olmuşdu, Səhiyyə
Nazirliyi də tamaşaları qadağan etmişdi, qastrola da getməyə
qoymurdular ki, qripi yoluxduracağıq.

Epifaniya. Nə oldu, nə olmadı, bilmirəm, nəticə bu oldu ki,
onun əlli mini mənə dörd yüz otuz funta başa gəldi. Mən
gözləyirdim ki, şahzadəyə və qəhrəmana layiq bir qazanc əldə
edəcəyəm, ancaq soxulcan saxlamağa məcbur oldum. Bütün
bunlar azmış kimi, indi də boşanmaq istəyir.

Elester. Mən heç nə istəmirəm. Boşanmağı Segemor təklif
etdi. Bəyəm mən qoyaram ki, sən boşanasan? Hələ ki, sənin
ərinəm, cəmiyyətdə nüfuzum var, alverçilər mənə istədiyim qədər
kredit verir.

Epifaniya. O cümlədən də qadın corabı almaq üçün kredit.
Patrisiya. O!.. (Ağlayır.) Elester, deməli, mənim
corablarımın pulunu o verir?
Elester. Eybi yox, əzizim! Mən sübut eləmişəm ki, pul
qazanmağı bacarıram! Mən yenə o qədər pul qazanacağam ki,
sənə nə qədər lazımdı, o qədər corab alım!

Elester qalxıb Patrisiyanın əyləşdiyi kreslonun
arxasında dayanır və Patrisiyanın başını
nəvazişlə əllərinin arasına alır.

Bəsdir, əzizim, ağlama.
Epifaniya. Oho!.. Onlara elə gəlir ki, artıq evləniblər.

151
   146   147   148   149   150   151   152   153   154   155   156