Page 135 - 1-ci cild
P. 135
Áåðíàðä Øîó

Elester. Eppi! Sən burda nə edirsən? (Segemona.) Niyə məni
xəbərdar etməmisiz?

Epifaniya. Bu qadını təqdim et.
Patrisiya. Missis Fisfesenden, mən Patrisiya Smitəm.
Epifaniya. Ancaq məktublarınızı, deyəsən, başqa cür
imzalayırsız.
Elester. Qulaq as, Eppi, dava salma…
Epifaniya. Mən səninlə yox, bu arvadla danışıram.
Elester (özündən çıxaraq). Ona “bu arvad” demə!
Patrisiya. Bəsdir, Elli. Axı sən mənə söz vermisən…
Epifaniya. Söz verib! O nə haqla sizə söz verir? Hansı
cürətlə sizə nəsə boyun olur? Siz hansı cürətlə ondan nəsə tələb
edirsiz?
Elester. Mən qoymaram ki, Pollini təhqir etsinlər!
Segemor (mehriban). Miss Smit, siz incimirsiz ki?
Patrisiya (qayğısız). Qətiyyən. Mənim bacım da özünü belə
aparır.
Epifaniya. Sizin bacınız!.. Siz öz bacınızla məni bir tutmağa
cürət edirsiz?!
Patrisiya. Yalnız o zaman ki, o da sizin kimi özündən çıxır.
Məndən inciməyin. Xasiyyətiniz belədirsə, sizin üçün ən yaxşısı,
qışqır-bağır salıb sakitləşməkdir. Elli, məni centlmenə təqdim et.
Elester. Bağışla, tamam yadımdan çıxıb. Culius Segemor,
mənim müvəkkilim və köhnə dostum. Miss Smit.
Epifaniya. Həm də Corabsız Polli…
Patrisiya. Məni sadəcə belə çağırırlar. Smit isə mənim qo-
ca, müdrik, əziz atamın dediyi kimi, nəsillikcə famili-mizdir.
Epifaniya. Aha, artıq müdrik ata da peyda oldu! Bircə bu
çatmırdı!
Segemor. Miss Smit, buyurun, əyləşin.

Segemor kitab rəflərinin yanındakı kürsünü gətirməyə gedir.
Patrisiya indicə sınıb-dağılmış kürsüyə baxır.

135
   130   131   132   133   134   135   136   137   138   139   140