Page 131 - 1-ci cild
P. 131
Áåðíàðä Øîó

Segemor Epifaniyaya yaxınlaşıb diqqətlə baxır.

Başımın üstündə durmayın. O saxta Çipendeylinizdən nə
qalıbsa, onun üstündə oturun.

Segemor. Əlbəttə. (Əyləşir.) Buyurun görək.
Epifaniya. Mənim atam dünyada ən böyük insan idi, mən
də onun yeganə qızıyam. Ancaq bundan ehtiyat edirdi ki, birdən
mən elə birinə ərə gedərəm ki, atamdan miras qalmış o cüzi pulu
da itirərəm.
Segemor. Hə, çox cüzi bir pulu. Cəmi-cümlətanı otuz
milyonu.
Epifaniya. Sözümü kəsməyin… Mən ona söz verdim ki,
kim mənimlə evlənmək istəsə, qarşısına atamın dediyi şərti
qoyacağam.
Segemor (diqqətlə). Maraqlıdı… O nə şərtdi elə?
Epifaniya. Mən həmin adama yüz əlli funt verməliydim.
Yarım il ərzində yüz əlli funtu əlli min funta çevirə bilsə, o
zaman mən də onun olacağam. Bunu edə bilməsə – xudahafiz!
Mən yaxşı başa düşürdüm ki, bu, necə müdrik bir şərtdir. Yalnız
mənim atam belə bir dəqiq, çətin, bütün sentimentallıqlardan uzaq
bir sınaq fikirləşib tapa bilərdi. Mən and içdim ki, onun dediyini
edəcəyəm.
Segemor. Ancaq andınıza əməl etmədiniz… Başa
düşürəm…
Epifaniya. Necə yəni əməl etmədim?
Segemor. Axı siz Elesterə ərə getdiz. O, çox şərəfli, gözəl
insandır, hətta lap canlara dəyən adamdır. Ancaq indi siz məni
inandıracaqsız ki, o, yarım ilin içində yüz əlli funtu əlli min funt
elədi?
Epifaniya. Bəli, elədi! Mənim atam nə qədər müdrik olsa
da, hərdən beş dəqiqə əvvəl dediyi sözü yadından çıxarırdı. O,
mənə xəbərdarlıq etmişdi ki, pulu özləri qazanan milyonçuların
doxsan faizi cinayətkardır. Onların arasında eləsi olur ki, beş

131
   126   127   128   129   130   131   132   133   134   135   136