Page 121 - 1-ci cild
P. 121
Áåðíàðä Øîó
Belə bir sonluqdakı aşkar ironiya, hətta nəinki ironiya,
kəskin satira (qrotesk) ilə elə bil qoca Şou özü özünə gülür.
Şou lap gənc yaşlarından etibarən vegetarian idi.
70 yaşlarında olarkən jurnalistlər ondan soruşurlar:
– Özünüzü necə hiss edirsiniz?
Şou:
– Çox əla! – Deyir. – Ancaq həkimlər məndən əl çəkmirlər
ki, ət yeməsəm, öləcəyəm.
Və Şou 90 yaşında ikən jurnalistlər ona yenə eyni sualı
verirlər.
Şou:
– Özümü əla hiss edirəm. – Deyir. – Daha məni heç kim
narahat etmir. O həkimlər ki məni qorxudurdular, guya ət yemə-
səm, öləcəyəm, indi onların hamısı rəhmətə gedib.
Corc Bernard Şou 1950-ci ildə 94 yaşında vəfat edib və son
sözləri bu olub:
– Mən ölməyə hazıram.

18 yanvar 2017-ci il

121
   116   117   118   119   120   121   122   123   124   125   126