Page 105 - 1-ci cild
P. 105
Jan Batist Molyer
da, bu cür ərlərin qiyməti baha deyil, onların nazıyla oturub-
durmaqdan gülməli şey yoxdu!
Jorj Danden (öz-özünə). Belə ifritələr də varmış dünyada!
Klitandr. Həqiqəti demək lazımdı: o adam sizin əriniz
olmaq şərəfinə layiq deyil. Sizin onunla izdivacınıza adam məəttəl
qalır.
Jorj Danden (öz-özünə). Ey başıbəlalı ərlər! Bax belə
oyunlar açırlar başınıza!
Klitandr. Əlbəttə, sizin tale ulduzunuz gərək başqa cürə
parlayaydı! O ulu göylər sizin kimi bir məxluqu ondan ötrü
yaratmayıb ki, elə bir cahilin arvadı olasınız!
Jorj Danden (öz-özünə). Allah gərək onu sənə qismət
eləyəydi, onda belə danışmazdın!.. Yaxşı, bəsdi daha, qoy gedim
evə! (Evə girib qapını arxadan bağlayır.)
Altıncı gəliş
Klitandr, Lyuben, Ancelika, Klodina.
Klodina. Xanım! Ərinizi yenə də pisləmək istəyirsizsə, onda
tələsin! Gecdir daha!
Klitandr. Ah, Ancelika, sən necə də amansızsan!
Ancelika. Klodina düz deyir. Gərək ayrılaq.
Klitandr. Əgər belə tələb edirsinizsə, mən tabe olaram.
Ancaq yalvarıram, mənə yazığınız gəlsin, sizsiz məni elə acı
dəqiqələr gözləyir ki!..
Ancelika. Xudahafiz!
Lyuben. Klodina, hardasan? Qoy heç olmasa, sənə bir
“gecən xeyirə qalsın” deyim də!
Klodina. Yaxşı, yaxşı, bunu elə kənardan da deyə bilərsən!
Sənin də gecən xeyirə qalsın.
Klitandr və Lyuben gedirlər.
105