Page 101 - 1-ci cild
P. 101
Jan Batist Molyer

Ancelika. Mənəm.
Klodina (Klitandra). Siz elə bilmisiz ki, xanım mənəm.
Lyuben (Ancelikaya). Təqsir bu gecədədi! Adam heç nə görə
bilmir!
Ancelika. Klitandr, bu sizsiz?
Klitandr. Bəli, xanım.
Ancelika. Ərim xorhaxor yatır. Mən də bundan istifadə edib
gəldim ki, sizinlə olum.
Klitandr. Bir yer tapaq ki, heç olmasa, otura bilək.
Klodina. Gözəl fikirdi!

Ancelika, Klitandr və Klodina səhnənin
dərinində əyləşirlər.

Lyuben. Klodina! Hardasan, Klodina?

Jorj Danden yarımgeyinmiş halda evdən çıxır.

Üçüncü gəliş

Onlar, eləcə də Jorj Danden.

Jorj Danden (öz-özünə). İndicə eşitdim ki, arvadım aşağı
düşdü, tez geyindim ki, dalınca gəlim. Hara gedib belə? Yəni,
doğrudan, evdən çıxıb?

Lyuben (Klodinanı axtara-axtara). Klodina! Hardasan axı,
Klodina? (Jorj Dandeni Klodina bilir.) Hə, burdasan?! Amma,
Allah haqqı, sənin o səfeh ağanın başına yaxşı oyun açdıq! Bu,
keçən dəfəkindən də yaxşı oldu! Deyirlər, keçən dəfə yaxşıca
kötəkləyiblər onu taxtayla! Sənin xanımın dedi ki, əri bir
xorhaxorla yatır, heç dünyadan xəbəri yoxdu! Onun ağlına da
gəlmir ki, özü yatıb, amma arvadı burda vikontla dərdi-dil eləyir.
Görəsən, indi yuxuda nə görür? Aləmdi, vallah, aləm! Buna bir
bax, arvadını qısqanır, tələb eləyir ki, təkcə onu sevsin? Sırtıq oğlu
sırtıq! Vikont onu şərəfyab eləyir! Sən niyə bir kəlmə də söz

101
   96   97   98   99   100   101   102   103   104   105   106